Ana Sayfa > Media > Heydər Əliyev irsi Milli Qurtuluşa aparan şərəfli yolun əsasıdır

Heydər Əliyev irsi Milli Qurtuluşa aparan şərəfli yolun əsasıdır


11-06-2021, 12:08. Yazar: sevinc1
Heydər Əliyev irsi Milli Qurtuluşa aparan şərəfli yolun əsasıdır


Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 15 İyun xalqımızın möhkəm mübarizəsinin parlaq səhifələrindən birini təşkil edir. Bu bayram şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır. Milli Qurtuluşa nail olunması prosesi respublikamızın sosial-iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni böhranla və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşməsi kimi ağır sınaqlardan keçmişdir

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Hər bir xalqın taleyini hansısa ziddiyyətli və mürəkkəb mərhələdə edilmiş tarixi seçimin məzmunu şərtləndirir.Məhz bu mərhələdə meydana çıxan fenomenal liderlər xalqın əsrlər boyu formalaşan siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyub. Ötən əsrin ortalarında - 1969-cu ilin 14 iyulundaulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi xalqı milli müstəqilliyə doğru aparan nurlu yolun başlanğıcına çevrilmişdir. Hakimiyyətdə olduğu 34 il müddətində ulu öndər xalqın milli mənafeləri uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə real güc mərkəzi kimi özünü göstərmişdir.Heydər Əliyev hətta hakimiyyətdə olmadığı qısa vaxt ərzində belə, xarizmatik keyfiyyətləri ilə ictimai rəyə təsir imkanlarını qoruyub saxlamış, cəmiyyətdə mütləq çoxluğun tərəddüdsüz etimad göstərdiyi siyasi lider olmuşdur. Ümummilli lider hələ Sovet Azərbaycanına rəhbərlik etdiyiillərdə dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirlər həyata keçirmiş, bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini dövlət müstəqilliyimizə təminat yaradan başlıca faktor kimi nəzərdən keçirmək lazımdır.Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu tarixi hadisərespublika həyatında xaos vəanarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcınaçevrilmişdir. Azərbaycan böyük inkişaf yolu keçmiş, ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Bunun nəticəsidir ki, Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını və yeni mərhələdə tarixin siyasi səhnəsində özünəməxsus yer tutması təmin edilmişdir.

Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır və ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Son 17 ilin uğurları, tarixə yazdığı möhtəşəm qələbələri, ən əsası Zəfər Günü bu ümumiləşdirməni aparmağa əsas verir ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında “Güclü dövlət“ konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdı, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı, 44 günlük İkinci Qarabağ müharibəsinin əsl qəhrəmanına çevrildi. Bu gün hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentimizlə fəxr edir, belə güclü, qüdrətli dövlətin, məğrur, yenilməz xalqın nümayəndəsi olmağı ilə qürur duyur.Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.



Sevinc Əhədova
YAP Saatlı rayon təşkilatının məsul işçisi
aia.az




Geri dön