Ana Sayfa > Seçki 2024 > Polad Həşimov parkının açılacağı vaxt məlum oldu

Polad Həşimov parkının açılacağı vaxt məlum oldu


11-06-2021, 11:12. Yazar: admen
Polad Həşimov parkının açılacağı vaxt məlum oldu

"Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda abadlıq işləri qrafik üzrə davam etdirilir".

AiA.Az bildirir ki, bu barədə "oxu.az"ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə, parkın açılışı gələn ay nəzərdə tutulub:

"Orada aparılan işlər təxminən iyul ayının 14-nə kimi başa çatdırılacaq. Həmin park ərazisində Polad Həşimovun və ərazidə yaşayan səkkiz şəhidin xatirə lövhəsi vurulacaq. Ümidvaram ki, işləri vaxtında bitirə biləcəyik".

P.İmanov əlavə edib ki, parkın ətrafında olan küçələrdə də abadlıq işləri gedir.
Geri dön