Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda keçmiş deputat vəfat etdi
Azərbaycanda keçmiş deputat vəfat etdi11-06-2021, 10:30. Yazar: sevinc1 |
![]() Milli Məclisin keçmiş deputatı Aslan Abbasov vəfat edib. “Report” xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Abbasov Aslan Məmməd oğlu 1950-ci il martın 11-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirib. 1995-ci ildə 32 saylı İkinci Kəpəz seçki dairəsindən deputat seçilib. 2016-cı ildən Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsində çalışıb. Xatırladaq ki, A.Abbasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır. aia.az Geri dön |