Ana Sayfa > Təhsil > Mikrobiologiya İnstitutu ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Mikrobiologiya İnstitutu ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb


10-06-2021, 17:07. Yazar: sevinc1
Mikrobiologiya İnstitutu ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Mikrobiologiya İnstitutu ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə Mikrobiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Mahir Hacıyev Mikrobiologiya İnstitutunun laboratoriyaları ilə tanış olub və birgə aparılacaq işlər haqqında müzakirələr aparılıb.

Müqavilənin şərtlərinə əsasən institutların doktorant və dissertantlarına birgə dissertasiya mövzularının müəyyən edilməsi, razılaşdırılması və elmi rəhbərlə təmin edilməsi, biologiya və aqrar elmlərinin müvafiq sahələrində qarşılıqlı maraq doğuran mövzular və innovasiyalar üzrə əlaqələndirilmiş birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi daxildir.

Eyni zamanda, birgə aparılacaq elmi-tədqiqatlardan əldə olunan nailiyyətlərə dair hər iki tərəfin təşkilatçılığı əsasında nümayiş sahələrinin yaradılması, təcrübə sahələrinə səfərlər, mühüm təsərrüfat əhəmiyyətli təkliflərin hazırlanması və onların istehsalatda tətbiqi və aqrar sahədə yüksək məhsuldarlığa, müvafiq keyfiyyət göstəricilərinə nail olmaq, xəstəliklərə qarşı davamlı bitki sortlarının alınması, kompleks tədbirlər proqramının işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək nəzərdə tutulur.

Görüşdə institutlar arasında tətbiqi əhəmiyyətli nəticələrin istehsalatda tətbiqi üzrə müvafiq fəaliyyətin həyata keçirilməsi, vaxtaşırı aparıcı mütəxəssislərin və gənc alimlərin birgə görüşlərinin təşkili, qarşılıqlı maraq doğuran beynəlxalq və yerli layihə, proqramlarda birgə iştirakı, elmi və texnoloji informasiya mübadilələrinin aparılması məsələləri də müzakirə edilib.

Sonda Mikrobiologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Mahir Hacıyev elmi tədqiqatların aparılması məqsədilə əməkdaşlığa dair müqaviləni imzalayıblar.

AİA.Az
Geri dön