Ana Sayfa > Siyasət > Qarabağdan Yerevana daha 36 yaralı əsgər aparıldı

Qarabağdan Yerevana daha 36 yaralı əsgər aparıldı


25-04-2016, 19:24. Yazar: admin
Qarabağdan Yerevana daha 36 yaralı əsgər aparıldı









Dağlıq Qarabağda yaralanmış erməni əsgərlərinin Ermənistana aparılması prosesi davam edir

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son bir neçə gündə Yerevanın hərbi hospitallarına daha 36 yaralı əsgər gətirilib.

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalından və “Muratsan” hərbi hospitalından yayılan informasiyaya görə, yaralılardan 3 hərbi qulluqçunun vəziyyəti çox ağır, 2 əsgərin vəziyyəti isə ağır dəyərləndirilir.

Digər hərbi qulluqçuların həyatına real təhlükənin olmadığı bildirilir.
Geri dön