Ana Sayfa > Dünya > Cənubi Koreyada bina avtobusun üzərinə çökdü - Ölü və yaralılar var

Cənubi Koreyada bina avtobusun üzərinə çökdü - Ölü və yaralılar var


10-06-2021, 13:53. Yazar: admen
Cənubi Koreyada bina avtobusun üzərinə çökdü - Ölü və yaralılar var

Cənubi Koreyada beşmərtəbəli binanın çökməsi nəticəsində 9 nəfər həlak olub, daha 8 nəfər isə xəsarət alıb.

AiA.Az Trend-ə istinadən bildirir ki, hadisə binanın söküntüsü zamanı baş verib.

Qeyd olunur ki, bina çökən zaman dayanacaqda olan avtobusun üzərinə düşüb. Ölən və xəsarət alanlar avtobusun sərnişinləri olub.

Xilasedicilər dağıntılar altında digər şəxslərin axtarışlarını aparır.
Geri dön