Ana Sayfa > İqtisadiyyat > SOCAR 2015-ci ildə Azərbaycan neftinin əsas alıcısını açıqladı

SOCAR 2015-ci ildə Azərbaycan neftinin əsas alıcısını açıqladı


25-04-2016, 18:56. Yazar: admin
SOCAR 2015-ci ildə Azərbaycan neftinin əsas alıcısını açıqladı








2015-ci ildə Azərbaycan neftinin əsas alıcısı İtaliya olub.
AIa.az bildirir ki, Trend-in məlumatına görə, bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Neft və neft məhsulları ilə ixrac əməliyyatları şöbəsinin rəis müavini Kamran Məmmədzadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş SOCAR-ın "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, ötən il bütün ixrac edilən neftin 25 faizi İtaliyaya göndərilib: "Ümumilikdə ötən il 35 milyon ton Azərbaycan nefti ixrac edilib. Onun iri idxalçıları İtaliya (25 faiz), Almaniya (13 faiz), İndoneziya (10 faiz), İsrail (9 faiz) və Fransa (8 faiz) olublar".
Geri dön