Ana Sayfa > Parlament > Güclü yağış Gəncədə selə səbəb olub
Güclü yağış Gəncədə selə səbəb olub10-06-2021, 09:31. Yazar: admen |
Ötən gündən başlayan yağıntılı hava şəraiti Gəncədə bir sıra fəsadlar törədib. AiA.Az APA-ya istinadən xəbər verir ki, güclü yağışdan sonra sel şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətində, həmçinin, inasanların gediş-gəlişinə çətinliklər yaradıb. Şəhərin bir sıra qəsəbələri, eyni zamanda "Dəmir yolu vağzalı" adlanan ərazi, "Sərçə" bazarı sel suları altında qalıb. Bəzi həyətlərə sel suları dolub. Hazırda ölkənin qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Geri dön |