Ana Sayfa > Ölkə > Gəncədə yaşayış binasında yanğın olub

Gəncədə yaşayış binasında yanğın olub


10-06-2021, 08:59. Yazar: admen
Gəncədə yaşayış binasında yanğın olub

Gəncədə yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AiA.Az-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri dön