Ana Sayfa > Seçki 2024 > Bu gündən çimərliklərin fəaliyyətinə icazə verilir

Bu gündən çimərliklərin fəaliyyətinə icazə verilir


10-06-2021, 07:19. Yazar: admen
Bu gündən çimərliklərin fəaliyyətinə icazə verilir

Bu gündən Azərbaycanda çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinə icazə verilir.

Bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında əks olunub.

Qərara əsasən, koronavirus infeksiyasına qarşı Nazirlər Kabinetinin qərarları ilə, həmçinin digər dövlət orqanları (qurumları) tərəfindən müəyyən edilmiş bütün tələblərə və metodiki göstərişlərə əməl edilməsi məcburidir.

AiA.Az
Geri dön