Ana Sayfa > Gündəm > AQTA kafe və restoranlarda reydlər keçirdi, 16 obyekt cəzalandırıldı

AQTA kafe və restoranlarda reydlər keçirdi, 16 obyekt cəzalandırıldı


9-06-2021, 18:10. Yazar: admen
AQTA kafe və restoranlarda reydlər keçirdi, 16 obyekt cəzalandırıldı


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən AİA.Az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 8-də ölkə üzrə 420 ictimai iaşə obyektində 733 monitorinq keçirilib. Monitorinqlər zamanı 16 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu‎, R. Teymurov küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Rzayev Elxan Rizvan oğluna məxsus “Beercode pub” restoranı;

2. Bakı şəhəri, Nizami rayonu‎, Qara Qarayev küçəsi 54 ünvanında yerləşən, fiziki şəxs Rzayev Pərviz Aslan oğluna məxsus “Köz Halil Usta” restoranı;

3. Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsində yerləşən, fiziki şəxs Ənvərov Rafiq Əbdulvahidoviç oğluna məxsus çay evi;

4. Bakı şəhəri, Nərimanov ‎rayonu, Təbriz küç., ev 35 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşad Elxan oğluna məxsus restoran;

5. Bakı şəhəri, Nərimanov ‎rayonu, Təbriz küç., ev 49 ünvanında yerləşən, hüquqi şəxs “X-S Firmasına” məxsus restoran;

6. Bakı şəhəri, Xəzər ‎rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs Nəbiyev Asif Mürşid oğluna məxsus “Qədim qəbələ” restoranı;

7. Bakı şəhəri, Nərimanov ‎rayonu, Əliyar Əliyev küç., ev 161D ünvanında yerləşən, hüquqi şəxs “Shah Group Of Companies” MMC-yə məxsus “Friends Central park” kafesi;

8. Bakı şəhəri, Nərimanov rayonu, Y. Çəmənzəminli küç., ev 106 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Vüqar İlyas oğluna məxsus kafe;
Geri dön