Ana Sayfa > Seçki 2024 > Son 5 ayda əlillərə 18 minə yaxın reablitasiya vasitəsi verilib - Nazirlik

Son 5 ayda əlillərə 18 minə yaxın reablitasiya vasitəsi verilib - Nazirlik


9-06-2021, 17:56. Yazar: admen
Son 5 ayda əlillərə 18 minə yaxın reablitasiya vasitəsi verilib - Nazirlik

Bu ilin yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AİA.Az-a verilən məlumata görə, hesabat dövründə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxsləri 500-ə yaxın təkərli oturacaqla təmin edib.

Bu kateqoriyadan olan şəxslərə həmçinin 544 aşağı və yuxarı ətraf, süd vəzi protezi, 473 aşağı və yuxarı ətraf ortezi, 5812 müxtəlif reabilitasiya vasitəsi, 59 bel və boyun nahiyəsi üçün korset verilib. Eləcə də, 643 cüt protez ayaqqabı, 1042 cüt ortopedik ayaqqabı, 1061 qoltuqaltı və dirsəkaltı ağac, 1016 ədəd əsa və s. təqdim olunub.


Geri dön