Ana Sayfa > Seçki 2024 > Bu ilin 5 ayında pensiyaçılara 2 milyard manata yaxın vəsait ödənilib

Bu ilin 5 ayında pensiyaçılara 2 milyard manata yaxın vəsait ödənilib


9-06-2021, 17:11. Yazar: admen
Bu ilin 5 ayında pensiyaçılara 2 milyard manata yaxın vəsait ödənilib

2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib.

Bu barədə AİA.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsdi Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.

Qeyd edək ki, pensiyalarda artım dinamikasının davamı kimi, bu ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4% indeksasiya edilərək artırılıb və artım 1,14 milyon pensiyaçını əhatə edib. Həmçinin araşdırmalar nəticəsində 12809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilərək həmin şəxslərin pensiyaları artırılıb.
Geri dön