Ana Sayfa > Parlament > Sosial baxımdan həssas qrupa aid edilən tələbələrin NƏZƏRİNƏ - 2 gün qaldı
Sosial baxımdan həssas qrupa aid edilən tələbələrin NƏZƏRİNƏ - 2 gün qaldı9-06-2021, 16:30. Yazar: admen |
E-telebe elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir. Təhsil Nazirliyindən AiA.Az-a verilən məlumata görə, müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq. Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri nazirlik tərəfindən xahiş olunur. Geri dön |