Ana Sayfa > Şou-biznes > Əməkdar artisti atası döyüb - Etiraf

Əməkdar artisti atası döyüb - Etiraf


9-06-2021, 15:13. Yazar: admen
Əməkdar artisti atası döyüb - Etiraf


"Atam o qədər ciddi adam idi ki, bir dəfə onunla süfrədə rahat oturub, çörək yeyib, söhbət etməmişəm. Ondan çox çəkinirdik. O, qapıdan içəri girəndə qapıdan hərəmiz bir tərəfə qaçırdıq ki, birdən bizi buyruğa göndərər. Zəhmli insan idi. Həm də çox dəcəl uşaq olmuşam. Məni döyüb, əllərinə qurban olum atamın. Yaxşı ki, döyüb, ipə-sapa yatmırdım. Atamın məni səhnədə görməməyi məni həmişə yandırır. O, mənim oxumağımı görsəydi, onun ömrü uzanardı. Kaş bilərdim, məndən, həyatımdan, yaşayışımdan görəsən razıdırmı?".

AiA.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar Artist Zakir Əliyev "Üzə-düz"' verilişində deyib. Xanəndə mərhum atasından danışıb. O bildirib ki, atası onu dəfələrlə döyüb.

Anasından danışan Z.Əliyev onun 2010-cu ildə dünyasını dəyişdiyini bildirib:

"Anama çox bağlı olmuşam, bu gün də bağlıyam. Deyir, insan sadəcə dünyasını dəyişir. Heç kim ölmür həyatda. İnsanın ruhu sağdı həmişə. Mən həmişə valideynlərimin ruhu ilə danışır, dualar oxuyuram. Anam 2010-cu ilin sonunda dünyasını dəyişib. Bizimçün çox çətin oldu. Ümumiyyətlə, heç bir övlad valideyn itkisi ilə barışmır. O insanlara deyirəm ki, valideynləriniz nə qədər sağdır qoruyun, onların xeyir-duasını alın. Gecə saat 3-də ürəyim istəyəndə, kəndə anamın ziyarətinə gedirdim. Onun ətrini içimə çəkirdim. İndi hər şey var, amma o ətir yoxdur. Anam vəfat edəndə onu dəfn edib evə gələndə qardaşıma dedim ki, aparıb qoyub, gəldik. Boş idi hər yer. Ona görə deyirəm ki, sağlığında dəyər verin, ataya, anaya. Anamdan sonra stress keçirtdim, bu gün də yoxluğu ilə barışmıram".
Geri dön