Ana Sayfa > Dünya > MiQ-29 qırıcı təyyarəsi Qara dənizdə qəzaya uğrayıb
MiQ-29 qırıcı təyyarəsi Qara dənizdə qəzaya uğrayıb9-06-2021, 14:43. Yazar: admen |
Bolqarıstana məxsus MiQ-29 qırıcı təyyarəsi "Şabla-2021" hərbi təlimləri zamanı Qara dənizdə qəzaya uğrayıb. AiA.Az xəbər verir ki, bu barədə Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) kontr-admiralı Kiril Mixailov məlumat verib. O, pilotun katapult etdiyinə ümid etdiyini bildirib. Bolqarıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, MiQ-29 qırıcı təyyarəsi ölkənin sahil suları üzərində təlim tapşırığını yerinə yetirərkən HHQ ilə rabitəsi kəsilib və saat 00:45-də radardan itib. Bildirilib ki, hadisədən dərhal sonra başladılan axtarış və xilasetmə işləri hələ də davam etdirilir. Geri dön |