Ana Sayfa > İdman > Şəhriyar-Teymur qarşılaşması heç-heçə başa çatdı

Şəhriyar-Teymur qarşılaşması heç-heçə başa çatdı


9-06-2021, 12:39. Yazar: sevinc1
Şəhriyar-Teymur qarşılaşması heç-heçə başa çatdı

Bu gün "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçirilib.

Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər.

Qarşılaşma heç-heçə ilə başa çatıb.

Turun digər oyunlarında ABŞ təmsilçisi Uesli So həmyerlisi Fabiano Karuananı, rusiyalı Aleksandr Qrişuk Rumıniya şahmatçısı Boqdan-Daniel Dyakı məğlub ediblər, Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə qarşılaşmalarda heç-heçə ediblər.

Qeyd edək ki, şahmatçılarımız ötən üç turu da heç-heçə ilə başa vurublar.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

AİA.Az


Geri dön