Ana Sayfa > Gündəm / Manşet / Karusel > Bakıdan çox asan görünən Abşeron rayonuna nə bələdçı!..
Bakıdan çox asan görünən Abşeron rayonuna nə bələdçı!..15-07-2015, 12:01. Yazar: admin |
RİH başçısı cənab Zakir Fərəcovun rəhbərliyi altında tərəqqipərvər Abşeron vətəndaşları 2015-ci ilin ikinci yarısında da, qarşıdakı illərdə də hələ çox uğurlara imza atacaq, respublikamızın inkişafına xeyli töhfələr verəcəklər Cari ildə qlobal iqtisadi artım proqnozu növbəti dəfə Beynəlxalq Valyuta Fondu tərəfindən aşağı salınıb ki, bu da hazırda beynəlxalq iqtisadi və maliyyə durumunda mövcud olan mürəkkəbliyi təsdiq edir.Mövcud vəziyyət digər ölkələrlə yanaşı, Azərbaycanın qonşu ölkələrində də mürəkkəb iqtisadi duruma, milli valyutaların qismən dəyərsizləşməsinə, iqtisadi artım templərinin azalmasına səbəb olub.Heç şübhəsiz ki, bu qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməmiş, ilk növbədə ölkənin valyuta daxilolmalarının azalması və tədiyyə balansının müsbət saldosunun daralması, Azərbaycan mənşəli məhsulların rəqabətliyinin enməsi ilə müşahidə olunur.Bununla yanaşı, ortamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, bunun nəticəsi olaraq sahibkarların iqtisadi fəallığının səngiməsi və maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi çağırışlar yaranır. Amma bütün bu qeyri-müəyyənlik ab-havası yaşayan narahat dünyada sabitlik adası olan ölkəmizdə 2015-ci ilin birinci yarımilliyinin ictimai-sosial və iqtisadi həyatının ən əlamətdar hadisəsi sözsüz ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi oldu.Müstəqillik tariximizin qürurverici səhifələrindən birinə, ölkə üzrə ümummilli həmrəyliyin göstəricisinə çevrilən bu möhtəşəm idman bayramı müstəqil Azərbaycanın yetirmələri olan gənc idmançılarımızın doğma azarkeşlərə bəxş etdikləri hədsiz qələbə sevinclərini, onların əzmli mübarizəsini və gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən ən mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha sübut etdi. Onilliklər ərzində ideya kimi qalan Avropa Oyunlarının tarixdə ilk dəfə təşkil olunmasında, köhnə qitənin 50 ölkəsindən ən güclü atletlərin bir araya gətirilməsində və Oyunların bütün beynəlxalq standartlara cavab verən yüksək təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin peşəkar komanda işi, fədakar fəaliyyəti və yüksək vətənpərvərliyi xüsusi qeyd olunmalıdır. Göstərilən qeyri-münbit iqtisadi fonunda 2015-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurlu hesab oluna bilər. Möhtərəm Prezidentimiz İlham Əliyevin özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi nitqində qeyd etdiyi kimi, cari ilin ötən dövrü ərzində ölkədə 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,7 faiz təşkil etmiş, qeyri-neft sektoru üzrə isə daha çox, yəni, 9,2 faiz artım əldə edilib. Cari ilin fevral ayında manatın xarici valyutalara nisbətdə ucuzlaşmasına baxmayaraq, ölkədə istehlak qiymətlər indeksi (inflyasiya) olduqca qənaətbəxş səviyyədə – 3,5 faiz olub. Eyni zamanda, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənib.Bu kontekstdə cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirləri üzrə proqnoz göstəricilərinin icrasını da müsbət hesab etmək olar.Belə ki, dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilib. Əlbəttə, iqtisadiyyatda sadaladığımız müsbət dinamika paytaxtda olduğu kimi ölkənin bütün əyalətlərində də özünü göstərir.Ötən altı ayda Bakıya arxadaş olan Abşeron rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib, bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra olunub.Rayon İcra Hakimiyyətinin başçısı, çox hörmətli cənab Zakir Fərəcovun rəhbərliyi altında ilin birinci yarısında Abşeron rayonunda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində, eləcə də paytaxtımızda uğurla keçirilmiş birinci Avropa Oyunlarına ilə bağlı geniş abadlıq-quruculuq işləri görülüb. İlin əvvəlindən rayonda yeni iş yerlərinin sayı, sənaye məhsulunun, tikinti işlərinin, rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəlik investisiyanın, pərakəndə ticarət və iaşə müəssisələri tərəfindən əhaliyə göstərilən xidmətin həcmi artıb. Dövlətimizin başçısının əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqlara əsasən rayon sakinlərinin tibbi-müayinədən keçirilməsi təmin olunub.Bu məqsədlə rayonda yaradılmış komissiyanın sədri, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova gündəlik nəzarəti altında tibbi müayinə Xırdalan şəhər mərkəzi poliklinikasında, şəhər uşaq poliklinikasında, Saray qəsəbə xəstəxanasında, Mehdiabad qəsəbə həkim ambulatoriyasında uğurla həyata keçirilmişdir.Rayon ərazisində görülmüş işlərlə tanışlıq məqsədiylə keçirdiyimiz baxış zamanı ünsiyyətdə olduğumuz rayon sakinlərindən Əflim Dadaşovhəmin may ayında yekunlaşan həmin tədbiri yaxşı xatırladığını dilə gətirdi və Prezidentin bu xeyirxah təşəbbüsündən olduqca razı qaldığını bildirərək, vətəndaşlara pulsuz müayinə olunmaq imkanı yaradılmasını yüksək qiymətləndirdi. Rayonun hər bir yerində genişmiqyaslı abadlıq quruculuq işləri aparılıb, ətraf ərazilər yaşıllaşdırılıb.Yol infrastrukturu isə yenidən qurulub.Yaşayış və inzibati binaların görkəminin dəyişdirilməsi, fasad və eyvanlarının yenidən qurulması işləri də davam etdirilib.Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının Abşeron rayonu ərazisindən keçən hissələrinin kənarı abadlaşdırılıb, müasir və zövqoxşayan üslubda yenidənqurma işləri aparılıb, ağac və gül kolları əkilib.Rayonda təhsil və səhiyyə müəssisələrinin təmiri, yeni məktəb və xəstəxana binalarının tikintisi davam etdirilib, onların maddi texniki bazası gücləndirilib.Reportaj qrupumuz Xirdalan şəhərində olarkən, əməkdaşlarımız rayonun inzibati mərkəzinə işi düşmüş Fatmayi kənd sakini, el ağsaqqalı Hacı Siyavuşla söhbət etmişdir. Hörmətli respondentimiz rayon rəhbərliyinin müraciətlərəçox həssas yanaşdığını qeyd etmiş, RİH başçısı cınab Zakir Fərəcovun daim xalqın arasında olmasını onun sadəliyi, təvazökarlığı iləəlaqələndirmiş, başçının Fatmayi kəndində yeni poliklinika binasının açılış mərasimində şəxsən iştirak etdiyini, qırmızı lenti kəsdiyini xatırlamışdır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində rayonda 22 uşaq bağçasının tikintisi nəzərdə tutulub ki, bunlardan da bir çoxu istifadəyə verilib. “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonunun ayrı-ayrı ərazilərində iməciliklər keçirilib. Park və yaşıllıqlarda onminlərlə həmişəyaşıl ağac və gül, mövsümi kol əkilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi hələ ötən əsrin 60-cı illərindən kənd təsərrüfatı rayonu kimi formalaşan Abşeron rayonunda da bu sahənin inkişafına təkan verib. Beləliklə, ağa “qara” deməyə adət etmiş, redaksiyadan kənara çıxmadan (O da hələ redaksiyanın ofisi mövcuddursa - red.) bir şikayətçinin ərizəsini “əsas” götürərək, Abşeron rayon rəhbərliyinin, şəxsən RİH başçısı cənab Z. Fərəcovun barəsində böhtan xarakterli məlumatlar yayan reketçi media mənsublarından tam fərqli olaraq biz zəhmət çəkib hər şeylə eyrində tanış olduq, rayon vətəndaları ilə birbaa təmas qurduq, vəziyyəti öyrəndik. Nəticə çıxardıq ki, Rayon İcra Hakimiyyətinə başçılıq etməyə başlayandan bəri cənab Zakir Fərəcov idarəetmədə inzibati amirlik və qəyyumluq hallarının aradan qaldırılmasına nail olmuş, yerlərdən gələn təşəbbüslərə, qaldırılan məsələlərə operativ münasibət göstərmiş, onların həllinə köməklik etməklə bərabər, həm də demokratik iş metodlarının bərqərar olmasına şərait yaratmışdır. Hər kəs istənilən an və çəkinmədən öz ürək sözünü RİH başçısına çatdırıb deyə bilir. İctimaiyyətlə sıx əlaqəsi, xoş rəftarı sadə abşeronlular, eləcə də bu rayona pənah gətirmişməcburi köçkünlər arasında ona böyük nüfuz qazandırmışdır.Zakir müəllimi fərqləndirən cəhətlərdən biri də budur ki, həmişə öz təmiz adını, nüfuzunu qorumağı bacarıb, özünü bir üzdə, bir sifətdə tanıda bilib, olduğu kimi görünüb, göründüyü kimi qalıb. Zakir müəllimi fərqləndirən keyfiyyətlər çoxdur: - Abşeronun tarixinə dərindən bələdçiliyi, adamları, kadrları yaxşı tanıması, onlarla hərtərəfli iş qurmaq təcrübəsi; - dövlət quruculuğu, hüquq-mühafizə və hərbi-təhlükəsizlik sistemi ilə bağlı praktik işdən və qanunvericilikdən baş çıxarması; - sosial infrastruktur sahələrinə yaxından bələd olması; - yüksək intellektual imkanları, siyasi mükalimə və dialoq aparmaq qabiliyyəti; - azad fikrə, açıq sözə, tənqidə hörməti; - başa düşülən və qəbuledilən şəffaf iş üsulu; - təmənnasızlığı, təmizliyi və ədalətliliyi; - obyektivliyi, qərəzsizliyi və s. Hər insan özünü vəzifələrdə təsdiq edə bilmir. Hansı vəzifəni daşıdısa, Zakir müəllim sahib olduğu mərtəbədən ucada dayanmışdır, şərəfli adını və bütövlüyünü qoruyub saxlamış, heç kim üçün - nə adi insanlar, nə də uşaqlıq və gənclik yoldaşları üçün əlçatmaz olmadı. Əksinə, daha sadə, daha başa düşülən, qəbul edilən rəhbər işçi oldu. Buna görə də bütün abşeronlular, bu rayonda məskunlamış zəngilanlılar,cəbrayıllılar,laçınlılar… onunla fəxr edib, qürur duyurlar. Zakir müəllimin mövqeyindən, işindən və əməlindən hələheç bir abşeronlu zərər çəkməyib, çətinliyə düşməyib.Çünki o, əsilli-köklü insandır, saf ıə təmənnasız ziyalıdır. Həyatda özünü güclü, kamil bir şəxsiyyət kimi təsdiq etmiş, doğma Azərbaycanımıza ləyaqətlə xidmət göstərən, respublika miqyaslı yetkin bir kadr, ictimai-siyasi xadim kimi tanınıb qəbul edilən Zakir Fərəcov daim adamların yaşadığı sevinci də, kədəri də dərindən duya bilmiş, kiməsə köməklik göstərə biləndə özünü dünyanın ən xoşbəxt insanı hesab etmişdir. İnanırıq ki, onun rəhbərliyi altında tərəqqipərvər Abşeron vətəndaşları 2015-ci ilin ikinci yarısında da, qarşıdakı illərdə də hələ çox uğurlara imza atacaq, respublikamızın inkişafına xeyli töhfələr verəcəklər. (aia.az) Geri dön |