Ana Sayfa > Şou-biznes > Aysel Əlizadə xəyanətdən danışdı
Aysel Əlizadə xəyanətdən danışdı8-06-2021, 15:28. Yazar: sevinc1 |
Uzun müddətdir sənətdən uzaqlaşan müğənni Aysel Əlizadə yenidən gündəmə gəlib. "MTV" kanalına müsahibə verən sənətçi, şəxsi həyatı ilə bağlı gizli məqamlardan danışıb: "Hər bir xanımın arzusudur ki, ailəsi və övladı olsun. Ən önəmlisi isə həyatını paylaşacağın bir adam olmalıdır. Daha dərindən düşünəndə "sevirəm", "ölürəm", "evləndim"- deyə bir şey yoxdur. Təbii ki, qarşındakı insanı sevib, hörmət edəcəksən. Ola bilər ki, bu gün ailə qurduğun insanın maddi imkanı az olsun. Amma o elə insan ola bilər ki, sən onunla əl-ələ verə bilərsən, onun gələcəyinə inanarsan. Ümumiyyətlə, ağıl və ürək eyni tərəzidə olmalıdır". Sənətçi qadın kişi xəyanətindən də danışıb: "Xəyanətə yaxşı baxmıram. İstər kişi, istərsə də qadın tərəfdən olsun, qəbul edilməz bir şeydir. Qadınlar var ki, bəziləri deyir "Xəyanəti qəbul etmirəm", amma qəbul edənlər də var. Bəziləri hardasa xəyanətə göz yumur. Ən çox xanımlar bununla bağlı problem yaşayır. Sevgilisi ya da həyat yoldaşı ona xəyanət edir, bu xəyanəti nəyəsə bağlayır və göz yumur". Qeyd edək ki, Aysel Əlizadə uzun müddətdir Türkiyədə yaşayır. AİA.Az Geri dön |