Ana Sayfa > Dünya > Peruda prezident seçkilərində pozuntular baş verib
Peruda prezident seçkilərində pozuntular baş verib8-06-2021, 15:03. Yazar: sevinc1 |
Peruda keçirilmiş prezident seçkilərinin ikinci turunda pozuntular baş verib. Bu barədə dövlət başçısı postuna "Xalq gücü" Partiyasından namizəd Keyko Fuhimori keçirdiyi mətbuat konfransında bildirib. "Bizi narahat edən bir sıra pozuntular baş verib və biz bunu bəyan etməyi və vətəndaşları bizə kömək etməyə çağırmağı vacib hesab edirik", - "La Republica" qəzeti onun sözlərini sitat gətirir. İndiyədək prokotolların 95,962%-i emal olunub. Nəticələrə görə, 91 mindən çox səslə Pedro Kastilyo liderlik edir. Ona 8 548 929 seçici (50,269%) səs verib. Fuhimori 8 457 547 (49,731%) səslə ikincidir. AİA.Az Geri dön |