Ana Sayfa > İdman > “Neftçi” afrikalı futbolçu ilə 2 illik müqavilə imzaladı

“Neftçi” afrikalı futbolçu ilə 2 illik müqavilə imzaladı


8-06-2021, 13:17. Yazar: sevinc1
“Neftçi” afrikalı futbolçu ilə 2 illik müqavilə imzaladı

"Neftçi" müdafiəçi Mamadi Mbodjla müqavilənin müddətini artırıb.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il - 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.

Mbodj "Neftçi"də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.

Xatırladaq ki, "Neftçi" bundan əvvəl Ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlamışdı.

AİA.Az


Geri dön