Ana Sayfa > Ölkə > Sabirabadda könüllülər arasında “Qızıl beşlik” adlı bilik yarışması keçirilib
Sabirabadda könüllülər arasında “Qızıl beşlik” adlı bilik yarışması keçirilib8-06-2021, 08:38. Yazar: sevinc1 |
![]() Sabirabadda keçirilən “Qızıl beşlik” yarışının qalibləri müəyyənləşib. Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad rayon Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən “Qızıl beşlik” adlı könüllülərarası bilik yarışması keçirilib. Yarışmada Mədəniyyət İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzi, “ASAN xidmət” mərkəzi, Dövlət Aqrar İnkişaf Mərkəzi və Yeni Azərbaycan Partiyasının könüllüləri iştirak ediblər. Final mərhələsində daha çox xal toplayan Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllüləri 1-ci, Mədəniyyət İdarəsinin könüllüləri 2-ci, Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri isə 3-cü yerə layiq görülüblər. Qalib komanda kubok, fəxri fərman və hədiyyələrlə təltif edilib. AİA.Az Geri dön |