Ana Sayfa > İqtisadiyyat > Bakıda otellərdə qiymətlər arta bilər - SƏBƏB
Bakıda otellərdə qiymətlər arta bilər - SƏBƏB8-06-2021, 08:19. Yazar: sevinc1 |
Hazırda Bakıda otellərdə olan qiymətlər regionda olan qiymətlərdən daha ucuzdur. Bunun da əsas səbəbi odur ki, bu gün pandemiya səbəbindən vətəndaşlar istirahət üçün daha çox regionlara üz tutur və regionlara tələbat daha çoxdur. Bunu açıqlamasında turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib. O bildirib ki, xüsusilə həftə sonları regionlara gedənlərin sayı daha çox olur: "Ancaq paytaxta daha çox xarici turistlər gəlirdi. Pandemiya səbəbindən turistlərin gəlməməsinə görə paytaxt otellərinin doluluğu çox aşağıdır və bunun da müqabilində qiymətlər aşağıdır. Amma yollar açıldıqdan sonra qiymətlər müəyyən dərəcədə tənzimlənəcək, nisbətən qiymətlərdə artım olacaq". Ekspert bildirib ki, Azərbaycan tərəfindən müəyyən ölkələrə yumşalmaların tətbiq edilməsi həm həmin ölkələrdən Azərbaycana gələn, həm də Azərbaycandan o ölkələrə gedən turistlərin sayını artıracaq: "Burada ciddi artımdan söhbət getmir əlbəttə, amma müəyyən artımın olacağı gözlənilir. Bu isə öz növbəsində otellərdə doluluğun səviyyəsini artıracaq". AİA.Az Geri dön |