Ana Sayfa > Seçilənlər-6 > "Novosti-Azərbaycan" yenidən yeni formatda
"Novosti-Azərbaycan" yenidən yeni formatda25-04-2016, 16:01. Yazar: admin |
"Novosti-Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi (BİA) bir illik fasilədən sonra yenidən yeni formatda Bakıda öz fəaliyyətini bərpa etdi. Agentliyin yeni elektron adresi əvvəlki kimi "Novosti-Azərbaycan" BİA 13 sentyabr 2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Agentliyin yaranmasının əsas fəaliyyət məqsədi müstəqil informasiya mənbəyi olaraq Azərbaycan haqqında obyektiv, opertiv məlumatları ölkə hüdudlarından kənarda, eyni zamanda dünya, Rusiya, MDB haqda məlumatları Azərbaycan ərazisində yaymaqdır. Azərbaycan informasiya agentliyi vasitəsi ilə geniş məlumat axınının ölkə hüdudlarından kənara çıxması imkanı əldə edir ki, bu da sözün əsl mənasında dövlətin beynəlxalq aləmdə imicinin möhkəmlənməsinə xidmət edir. Bütün bunları nəzərə alan "Novosti-Azərbaycan" BİA-nın komandası dünyada, Azərbaycanda və regionda baş verən əsas hadisələrlə bağlı obyektiv məlumatlar və təhlil yazılar təqdim etməyi, yaymağı qarşısına məqsəd kimi qoyur. Geri dön |