Ana Sayfa > Media > Tərtərdə özünə od vurmaq istəyən qazi deyil

Tərtərdə özünə od vurmaq istəyən qazi deyil


7-06-2021, 17:35. Yazar: sevinc1
Tərtərdə özünə od vurmaq istəyən qazi deyil

Sosial şəbəkələrdə, eləcə də, bir sıra mətbuat orqanlarında Tərtər rayonunun Bəyimsarov kənd sakini 1962-ci il təvəllüdlü Qasımov Nüsrət Zöhrab oğlu ilə bağlı xəbər yayılıb.

AİA.Az-a Tərtər rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ailə münaqişəsi zəminində həyat yoldaşı Qasımova Şaxsənəm Əvəz qızının ondan boşanması üçün məhkəməyə müraciət edib. O da buna etiraz olaraq Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasına yaxın yerdə üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib. Özünəqəsdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Aldığı yanıq xəsarətlərindən Tərtər Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib vəziyyəti stabildir.

Tərtər Rayon İcra Hakimiyyətindən verilən özəl məlumatda bildirilir ki, bəzi mətbu orqanlarda "Tərtərdə Qarabağ qazisi özünü yandırdı" başlığı yazı həqiqətə uyğun deyil. Belə ki, Nüsrət Qasımov Qarabağ qazisi deyil.
Geri dön