Ana Sayfa > Ölkə > Bəzi rayonlarda leysan, dolu yağacaq, çaylardan daşqın keçəcək - Xəbərdarlıq
Bəzi rayonlarda leysan, dolu yağacaq, çaylardan daşqın keçəcək - Xəbərdarlıq7-06-2021, 17:19. Yazar: sevinc1 |
![]() Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Xidmətdən verilən məlumata görə, iyunun 10-u axşamadək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. AİA.Az Geri dön |