Ana Sayfa > Karusel > Leyla Əliyeva gəncləri fəal iştirak etməyə çağırıb

Leyla Əliyeva gəncləri fəal iştirak etməyə çağırıb


25-04-2016, 15:59. Yazar: admin



Müasir cəmiyyət ciddi sınaqlar qarşısındadır. Bizim taleyimiz hətta dəqiqələrlə ölçülür.

Aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunda çıxışında ətraf mühitin qorunmasının vacibliyi barədə danışarkən deyib.

Leyla Əliyeva diqqətə çatdırıb ki, dünyada hər 15 dəqiqədə bir fil ölür. İnsanlar tərəfindən köpək balıqları öldürülür. "Biz elə bir dövrə yaxınlaşırıq ki, insanlar tərəfindən heyvanların nəsli kəsilməkdədir. Məhz buna görə siz hamınız öz fəaliyyətinizlə ətraf mühitin qorunmasında mühüm rol oynaya bilərsiniz. Bu baxımdan bu tədbir çox mühüm əhəmiyyət daşıyır. Artıq fəaliyyət göstərməyin vaxtı çatıb və mən istərdim ki, biz təbiəti qoruyaq, gələcəyimizi daha yaxşı, daha şəffaf və daha yaşıl edək", - deyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gəncləri ətraf mühitin qorunmasında fəal iştirak etməyə çağırıb.
Geri dön