Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda “Pfizer” vaksininin istifadəsinə başlanılıb
Azərbaycanda “Pfizer” vaksininin istifadəsinə başlanılıb7-06-2021, 17:11. Yazar: sevinc1 |
Bu gündən etibarən Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənmə məqsədilə “Pfizer” vaksininin istifadəsinə başlanılıb. Səhiyyə Nazirliyindən bildiriblər ki, hazırda ölkəmizdə 218 min doza “Pfizer” vaksini mövcuddur. 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Qeyd edək ki, "Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb. Xatırladaq ki, Azərbaycanda peyvəndləmə prosesində “Sinovac” şirkətinin “CoronoVac”, “AstraZeneca” şirkətinin "Vaxzevria”, Rusiya istehsalı olan “Sputnic V” vaksinləri də tətbiq olunur. AİA.Az Geri dön |