Ana Sayfa > Siyasət > "Azərbaycanlı jurnalistlərin faciəvi ölümü məni sarsıtdı" -

"Azərbaycanlı jurnalistlərin faciəvi ölümü məni sarsıtdı" -


7-06-2021, 17:05. Yazar: sevinc1
"Azərbaycanlı jurnalistlərin faciəvi ölümü məni sarsıtdı" -

Azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda minaya düşərək faciəvi şəkildə həlak olması məni sarsıdıb.

aia.az -ın məlumatına görə, bu barədə UNESCO-nun baş direktoru Odre Azulenin bəyanatında deyilir. Baş direktor öz bəyanatında azərbaycanlı jurnalistlərin ölümünü kəskin pisləyib: "Jurnalistlər peşəkar fəaliyyətlərini şəxsi təhlükəsizliklərini riskə atmadan həyata keçirmək imkanına malik olmalıdır".

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

aia.az
Geri dön