Ana Sayfa > Media > Azərbaycan iqtisadi inkişafa görədünyanın ən qabaqcıl ölkələri sırasındadır
Azərbaycan iqtisadi inkişafa görədünyanın ən qabaqcıl ölkələri sırasındadır7-06-2021, 12:05. Yazar: sevinc1 |
Hər bir dövlətin mövcudlğunu səciyyələndirən xüsusiyyətlərdən biri iqtisadiyyatının güclü olmasıdır.İqtisadi nəzəriyyənin predmeti olan iqtisadi münasibət bütün dövrlərə xas olub, bunlarsız nəinki insanın həyatı, heç cəmiyyətin özü də mümkün ola bilməz. Buna görə də insanlar əməklərini təbiətə, təbiət cisimlərinə tətbiq etməklə istehsal fəaliyyətlərində olurlar. İqtisadiyyatını formalaşdırıb onu inkişaf etdirən dövlətlər dünyada söz sahibliyinə də malik olurlar. Zaman-zaman iqtisadiyyatda çox güclü dəyişiklər mövcud ola bilir. Bu və ya digər səbəbdən iqtisadi gəlirlər azalıb arta bilirlər. İqtisadiyyatın tənzimlənməsində sabitlyi qorumaq üçün maliyyə resurslarının düzgün şəkildə idarə olunması əsas şərtlərdən biridir. Dövlət tərəfindən məzənnə siyasətinin daima diqqətdə saxlanılması iqtisadi göstəricilərə müsbət təsir edir. Azərbaycan zəngin yerüstü və yeraltı sərvətlərə malik ölkədir. İqtisadiyyatımızın əsasını neft sənayesi tutsa da, aqrar ölkə olduğumuzdan kənd təsərrüfatının da yeri və rolu danılmazdır. Ölkəmiz iqtisadi artım tempinə görə ildən ilə daha böyük hədəflərə çatmaqdadır. Respublikamızın regionda və dünyada artan siyasi nüfuzu iqtisadiyyatımıza da müsbət təsirlər göstərməkdədir. Artıq dünyanın enerji layihələrinin əsas daşıyıcısı olan Azərbaycan yaxın gələcəkdə dünyanın iqtisadi mərkəzinə çevriləcəkdir. Azərbaycan manatı dünyada sabit valyutalardan hesab edilir. Pulun məzənnəsinn qorunub saxlanılması dövlətin iqtisadi siyasətinin ən başlıca funksiyalarından biridir. Ölkəmizdə köhnə əskinazlarla yanaşı yenilənmiş pul nişanları da tədavülə buraxılmışdır. Pulun mahiyyəti onun yerinə yetirdiyi funksiyalarda bilavasitə təzahür edir, hansılar ki, pulun daxili məzmununu, ondan istifadənin imkanlığını və xüsusiyyətlərini, həmçinin müəyyən nəticələrə nail olunmasına əsaslanan pulun rolunu əks etdirir. Pulun mahiyyəti ondan ibarətdir ki, o spesifik əmtəə növüdür, ümumi ekvivalentdir və ya bütün başqa əmtəələrin dəyərinin ümumi ifadəçisidir, сəmiyyətin iqtisadi fəaliyyətinin zəruri ünsürü və tərkib hissəsidir, hansının ki, natural forması ümumi ekvivalentin iсtimai funksiyası ilə çulğalaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, yeni açılacaq Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələri daha da yaxınlaşdıracaq. Bu dəhliz Azərbaycanın regiondakı iqtisadi qüdrətini daha da gücləndirəcəkdir. Zəngəzur layihəsi nəinki Azərbaycan üçün bütün region dövlətləri üçün çox strateji bir əhəmiyyətə malikdir. Çünkü, bu dəhliz vasitəsi ilə bütün türk dünyası ölkələri sərbəst iqtisadi və ticari əlaqələrə sahib olacaqlar. Eyni zamanda Zəngəzur şərqdən qərbə açılan bir körpü rolunu daşıyacaq geostrateji mövqeyə malik olacaqdır. Türkiyə isə Azərbaycanın bir nömrəli siyasi və iqtisadi tərəfdşıdır. Bizim münasibətlərin ana xəttini dostluq və qardaşlıq prinsipləri tutur. Hal-hazırda makroiqtisadi göstəricilər onu deməyə əsas verir ki, dövlətimiz bu sahənin inkişaf etməsi üçün xeyli səylər göstərmişdir. İqtisadiyyatın bütün sahələrində şəfaf münasibətlərin, liberal iqtisadi idarəetmənin nəticəsində Azərbaycan iqtisadiyyatı dünyanın inkişaf etmiş ölkələri ilə rəqabətə hazırdır. Hər bir vətəndaşımız düzgün aparılan iqtisadi siyasətdən yararlanaraq öz maddi rifah halının yüksəldilməsinin şahididir. Anar Babayev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi aia.az Geri dön |