Ana Sayfa > Şou-biznes > Kəlbəcərdə şəhid olan icra nümayəndəsinin müavini

Kəlbəcərdə şəhid olan icra nümayəndəsinin müavini


4-06-2021, 17:21. Yazar: admen
Kəlbəcərdə şəhid olan icra nümayəndəsinin müavini

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərdə "Kamaz" markalı sərnişin avtomobilinin minaya düşməsi nəticəsində 3 nəfər həlak olub.

AİA.Az "bizim.media"ya istinadən xəbər verir ki,onlardan biri RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan A. Əliyevə də şəhid statusu veriləcək.

Xatırladaq ki, hadisə nəticəsində həlak olan digər şəxslər Az TV telekanalının operatoru Sirac Abışov və Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovdur.

Avtomobilin minaya düşməsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

AİA.Az
Geri dön