Ana Sayfa > Təhsil > “Vikipediya”nın rus dili bölməsində Azərbaycana aid məqalələr zənginləşdirilir

“Vikipediya”nın rus dili bölməsində Azərbaycana aid məqalələr zənginləşdirilir


4-06-2021, 17:05. Yazar: admen
“Vikipediya”nın rus dili bölməsində Azərbaycana aid məqalələr zənginləşdirilir

“Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri tərəfindən “Vikipediya”nın rus dili bölməsində Azərbaycan tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradılır.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, mövzular klubun ekspertləri tərəfindən müəyyənləşdiriləndən sonra peşəkar tərcüməçilərə təqdim olunur. Tərcümə prosesindən sonra məqalələr “Vikipediya”nın rus dili bölməsində yerləşdirilir. Bu günə qədər könüllülər tərəfindən 30-dan çox məqalə yaradılıb.

“Əsas məqsəd rusdilli oxucunu Azərbaycanın tarixi, milli-mənəvi dəyərləri, şəxsiyyətləri, mədəni abidələri ilə tanış etməkdir. Çünki “Vikipediya”nın rus dili bölməsinin auditoriyası böyükdür. Hazırda bu bölmədə 1 milyon 700 mindən çox məqalə mövcuddur. Klubun könüllüləri müvafiq sahədə fəallıqlarını artıracaqlar və Azərbaycana aid mövzular zənginləşdiriləcək”, – deyə Elnur Eltürk qeyd edib.

AİA.Az
Geri dön