Ana Sayfa > Seçilənlər-5 > Ermənistan yaralı əsgərlərini xilas etmək üçün Rusiyadan kömək istədi (VİDEO)

Ermənistan yaralı əsgərlərini xilas etmək üçün Rusiyadan kömək istədi (VİDEO)


25-04-2016, 12:49. Yazar: admin


Rusiyadan gəlmiş həkimlər Ermənistanda və Qarabağda yaralı əsgərləri əməliyyat edib.

Aia.az-in məlumatına görə, Rusiyanın erməni Travmatoloq-Ortopedlər Assosiasiyasının həkimləri Ermənistan ordusuna yardım məqsədilə Qarabağa yollanıb. Assosiasiyasının dörd həkimi Qarabağda gedən döyüşlərdə ağır yaralanan hərbi qulluqçuları əməliyyat edib.

Assosiasiyanın üzvü, Moskva Mərkəzi İnstitutunun həkim-cərrahı, Qriqor Karapetyan jurnalistlərə bildirib ki, Xankəndində bir həkim daim qalacaq və onlara informasiya verəcək: "Həkimin məlumatına uyğun olaraq bura əlavə həkim briqadaları da gələcəklər. Biz əsgərlərin əməliyyatı və müalicəsi üçün xəstəxanalara dəstək verəcəyik. Bu dəfə çox mürəkkəb çətin əməliyyatlar etdik, — deyə Karapetyan əlavə edib.

Son məlumata görə, daha iki həkim may ayında Ermənistana gələcək və Qarabağa yola düşəcək.
Geri dön