Ana Sayfa > İdman > “Hər zaman gözlənilməzi gözləməlisiniz” - Məhrum nazirin oğlu danışdı

“Hər zaman gözlənilməzi gözləməlisiniz” - Məhrum nazirin oğlu danışdı


4-06-2021, 14:07. Yazar: admen
“Hər zaman gözlənilməzi gözləməlisiniz” - Məhrum nazirin oğlu danışdı

"Formula-1" ictimaiyyətini həftəsonu Azərbaycanda qarşılamağa hazır olduğumuzu bildirməkdən olduqca məmnunuq".

Bunu Bakı Şəhər Halqasının (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.

Yarışla bağlı düşüncələrini bölüşən Rəhimov bildirib ki, sürprizlər qaçılmazdır: "Bu möhtəşəm tədbiri dünyanın dörd bir yanına təqdim etməkdə bizə bütün əzmi, fədakarlığı və sevgisi ilə kömək edən Bakı Şəhər Halqasının bütün kollektivi ilə fəxr edirəm. "Formula-1" bolidlərinin gözəl trekimizdəki gərgin mübarizəsinə şahid olduğumuz sonuncu yarışdan çox vaxt keçib və mən bu həftəsonunda sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizlənirəm. Bir şey dəqiqdir: söhbət "Formula-1" Azərbaycan Qran-prisinə gəldikdə, hər zaman gözlənilməzi gözləməlisiniz!"

Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi bu gün start götürəcək və 3 gün davam edəcək.

AİA.Az
Geri dön