Ana Sayfa > İqtisadiyyat > Dolları olanlara pis xəbər
Dolları olanlara pis xəbər25-04-2016, 12:44. Yazar: admin |
Dollar Azərbaycanda ucuzlaşmaqdadır. "Marja”nın məlumatına görə, 11 Mart 2016-cı il tarixində, rəsmi olaraq 1.6456 manata qədər bahalaşan dollar bu gün 1.5036 manata düşüb. Dolların ucuzlaşması təxminən 8,6%-ə çatıb. Bu nisbət əmanət faizlərini silməyə kifayət edir. Məsələn, Bankda illik 12%-lə, 1000 dollar əmanəti olan əmanətçi, manatla ifadədə, Mart ayının 11-də 1645 manata malik olduğu halda, bu gün 1000 dollar 1503 manata bərabərdir. Yəni, fərq 143 manatdır. Bu fərq də əmanətçinin qazanacağı 120 manatlıq (12%) faiz gəlirindən çoxdur. Əmanətçi 1000 dollarda 23 manat zərərdədir. Nəzərə alsaq ki, banklar dolları rəsmi məzənnədən 4%-ə qədər daha ucuz alırlar. Deməli, əmanətçinin zərəri daha çoxdur. Əgər dollar 1.40 səviyyəsinə düşərsə, dollar əmanətçilərinin zərəri daha çox olacaqdır: 1000 dollarda 125 manat (faiz çıxılmadan 245 manat ). QORUNMAYAN ƏMANƏTLƏR ARTIR Qeyd edək ki, artıq banklara dollarda 3% dərəcəsi ilə yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Ötən il, banka 12%-lə, 1 illik, dollarda yatırılmış əmanətlər, vaxtı çatdıqda geri götürülməsə, avtomatik olaraq bbankdan asılı olaraq illik 3-9%-lə müddəti uzadılır. Əgər əmanət sahibi əmanətinin qorunmasını istəyirsə onu maksimum 3% dərəcəsi ilə yenidən banka yatırmalıdır. Qeyd edək ki, 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 12 faiz olmaqla 3 il müddətində tam sığortalanır. Geri dön |