Ana Sayfa > Ölkə > Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb


3-06-2021, 16:46. Yazar: sevinc1
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 988 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 769 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 418 082, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 497 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 920 089 təşkil edir.

aia.az
Geri dön