Ana Sayfa > Təhsil > İki qardaş ölkə arasında münasibətlərdə təhsilə xüsusi önəm verilir

İki qardaş ölkə arasında münasibətlərdə təhsilə xüsusi önəm verilir


3-06-2021, 12:21. Yazar: sevinc1
İki qardaş ölkə arasında münasibətlərdə təhsilə xüsusi önəm verilir

Türkiyə və Azərbaycan arasındakı əlaqələr dünyada iki dövlət arasında mövcud olan münasibətlərdən tam fərqlidir. Bütün dövlətlər münaibətlərin qurulması zamanı ilk növbədə öz maraqlarının çərçivəsini cızır, sonra ortaq maraqlar işlənilir.

Azərbaycan və Türkiyə arasında münasibətlərin qurulması zamanı yuxarıda qeyd olunan standart yanaşma pozula da bilər. Bu iki dövlət arasında münasibətlərin mahiyyətində qardaşlıq xüsusiyyətləri dayandığından, qarşılıqlı maraqlarını bəzən “qardaşın marağı” müstəvisinə keçirməklə qardaşın təhlükəsizliyi, dövlət maraqları tələb etdiyi təqdirdə ən yüksək səviyyədə dəstək verməsi artıq ənənə halını almışdır. Bütün bu deyilənlər, dövlətləarası münasibətlərdəki rast gəlinməyən qarşılıqlı dəstək, güzəşt siyasəti əslində ulu öndər Heydər Əliyevin “iki dövlət bir millət” və böyük Atatürkün Azərbaycana haqqında dediyi “Azəərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” tezislərindən irəli gəlir. Bu qısa fikirlər təkcə azərbaycan və türk xalqlarına qardaşlıq mesajı deyil, eyni zamanda türk dünyası və bu coğrafiyada yaşayan həmişə hörmət görən azsaylı xalqlara qardaşlıq əsaslarında birləşməyin ideoloji istiqaməti kimi də qəbul etmək olar.

Türkiyə və Azərbaycan arasında qurulan münasibətlər bütün sahələri əhatə edir. Və bəzən elə görünür ki, bu əlaqələrdə həmdə bir-birinin maraqlarını, inkişafını tamamlayan məqamlar da xüsusi ana xətt üzrə keçir..

İki qardaş ölkə arasında münasibətlərdə təhsilə xüsusi önəm verilir.

Azərbaycan təhsilində həyata keçirilən yeniliklərin əsas çəkisi Türkiyə yönümlüdür. Müasir peşələr üzrə kadr hazırlığı sahəsində iki qardaş ölkə arasındakı əməkdaşlıq ən yüksək statiskaya şahidlik edir. Son günlər Türkiyə Təhsil Nazirinin Azərbaycana səfərə gəlməsi təhsil sahəsindəki ənənənin davamından xəbər verir.

Türkiyə və Azərbaycan arasındakı münasibətlərin daxili məzmunu və mahiyyəti ilə dərin təhlillər aparmadan yalnız vətən müharibəsi zamanı Türkiyənin indiydək oxşarı olmayan mövqe sərgiləməsindən də mümkündür.

Türkiyəyə qarşı beynəlxalq münasibətlərin o qədər də rəvan olmadığı vaxtlarda öz maraqlarına təhdidi belə göz altına alaraq Azərbaycana ən yüksək səviyyədə mənəvi və siyasi dəstək nümayiş etdirməsi, Cumhurbaşkanı hörmətli Rəcəb Tayyip Ərdoğanın sanki öz ölkəsinin torpaq bütövlüyünə xidmət edən fəaliyyəti qanunvericidir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iki qardaş ölkə arasında münasibətlərin inkişafında əməkdaşlığın genişlənməsindəki xidmətləri hər an hiss olunur və əməli tədbirlərlə bu qardaşlıq münasibətlərinin dərinləşməsinə töhvə verilir.

Azərbaycan və Türkiyə arasında münasibətlərin indiki qoyuluşu gələcəkdə böyük coğrafiyanı əhatə edəcək qardaş xalqların birliyinə nümunə olacaq, təkan verəcəkdir. Bu birliyin yolu indi həm də tarixi torpaqlarımızdan, xüsusilə, Zəngəzurdan keçir.

Zəngəzur dəhlizinin açılması üçün Türkiyə və Azərbaycanın baxışları strateji xarakter daşıyır və bu layihə əslində böyük coğrafiyada mövcud olan qardaş xalqlarımızın iqtisadi inkişafı, siaysi çəkisinin artmasına səbəb olacaqdır.




Mirfaiq Mirheydərli
Bakı şəhəri, Xətai rayonu 138 saylı tam orta məktəbin riyaziyyat üzrə fəlsəfə doktoru
aia.az



Geri dön