Ana Sayfa > Gündəm > Pandemiya ilə mübarizə dövlətimizin diqqət mərkəzindədir
Pandemiya ilə mübarizə dövlətimizin diqqət mərkəzindədir2-06-2021, 18:05. Yazar: sevinc1 |
![]() Müasir dünyanın təşvişinə səbəb olan qlobal problemlər silsiləsində bu gün ön sırada koronavirus pandemiyası dayanır. Bu prosesin ən təhlükəli cəhəti həm də ondadır ki, o, qlobal səciyyə daşıyaraq, bütün bəşəriyyəti təhdid altına almışdır. Pandemiya elan olunduğu vaxtdan bu günədək Azərbaycan karonavirus infeksiyasının qarşısının alınması ilə əlaqədar bütün mübarizə tədbirlərini ən yüksək səviyyədə həyata keçirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının bütün tövsiyyələrinə əməl edən və onunla sıx əməkdaşlıq edən ölkəmiz bu sahədə dünyada öncül yerlərdən birini tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman qloballaşan dünyanın pozitiv paradiqmalarının daha önə çəkilməsi xəttini əsas götürərək, dialoq fəlsəfəsi çağırışlarını gücləndirmişdir. Bakıda bu istiqamətdə keçirilən silsilə beynəlxalq humanitar forumların prinsipləri də mövcud bəşəriyyətin üzləşə biləcəyi problemlərin başvermə ehtimallarını azaltmağa, dialoq və sülhə çağırışlar, qlobal, sağlam həmrəyliyə zəmin yaratmağa istiqamətlənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 31 may 2021-ci il tarixində Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxış etmişdir. Dövlətimiz tərəfindən Covid-19 infeksiyasına qarşı güclü silsilə mübarizə tədbirləri mövcud olmuşdur. Ölkə başçısının xüsusi diqqəti ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC-nin nəzdində yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı, pandemiya ilə mübarizə sahəsində əlavə tədbirlər haqqında sərəncamı bunun bariz nümunəsidir. Pandemiya dövründə karonavirus xəstələrinin yerləşdirilib müalicə alması üçün bir neçə modul tipli xəstəxanalar istifadəyə verilmişdir. İnfeksiyanın qarşısının alınması istiqamətində çox böyük maarifləndirici proflaktiki tədbirlər həyata keçirilmişdir. Əhalinin aztəminatlı və maddi təminatı zəif olan təbəqəsi dövlətin tam qayğısı ilə əhatə olunmuşdur. Pandemiyadan ziyan çəkən sahibkarlara dövlət tərəfindən yardımlar və güzəştlər edilmişdir. 2021-ci ilin yanvar ayından etibarən ölkəmizdə vaksinasiya prosesinə start verilmişdir.Pandemiyanın ağır fəsadlarını aradan götürmək üçün əhalinin peyvənd olunması üçün “Sinovak”, “ AstraZeneca” və “Sputnik” adlı vaksinlər ölkəmizə gətirilərək istifadə olunmuşdur. 18 yaşdan yuxarı bütün vətəndaşlarımız könüllü olaraq peyvənd vurdura bilərlər. Lakin dünnyada vaksinasiya ilə bağlı çox ciddi problemlər yaşayan ölkələr vardır. İqtisadi cəhətdən güclü olan ölkələr vaksini tam əldə etdiyi halda iqtiisadiyyatı kasıb olan ölkələr bundan yararlana bilmirlər. İkili standartların hökm sürdüyü qeyri-bərabər vaksinasiya prosesi heç cürə yol verilməzdir. Pandemiya ilə mübarizədə bütün dünya dövlətləri həmrəy olub planetimizin əhalisini bu qorxunc xəstəliyin cəngindən qurtarmalıdırlar. Azərbaycan Respublikası bu məsələdə hər zaman obyektiv mövqe sərgiləyərək bütün dünya ölkələrini humanizm ideyaları ətrafında birləşməyə səsləmişdir. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının zirvə toplantısında Azərbaycan təşkilatın sədri kimi ən gözəl ideyalarla çıxış etmişdir. Bununla yanaşı ölkəmiz Pandemiyadan əziyyət çəkən bir sıra ölkələrə təmənnasız tibbi, humanitar və sosial, maliyyə yardımlar göstərmişdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan Respublikası pandemiya ilə mübarizədə xüsusi ilə fərqlənən ölkələr sırasında yer almışdır. Bu bizim üçün çox qürurverici bir hadisədir. Ölkəmizin gündən günə artan nüfuzu hər bir azərbaycanlının qürurudur. Anar Babayev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi aia.az Geri dön |