Ana Sayfa > Media > Tarixi həqiqətlər öyrənilməli və təşviq olunmaldır
Tarixi həqiqətlər öyrənilməli və təşviq olunmaldır2-06-2021, 15:33. Yazar: sevinc1 |
Müasir tariximizin bir hissəsi, yaxın keçmişimiz olan 1990-cı illərin əvvəlində baş verənlər hər kəsin yaddaşındadır. 30 ilə yaxın bir müddətdə bir milyona yaxın vətəndaşımızın öz doğma yurd-yuvalarından uzaqda qaçqın və məcburi köçkün həyatı yaşaması insanlarımızın həyatında böyük bir iz qoyub. Hələ 1990-cı illərin əvvəlində Ulu Öndər Heydər Əliyev Azərbaycanın suverenliyini xilas etməklə yanaşı, bu vətəndaşlarımızın problemlərinin həlli istiqamətində böyük tədbirlər həyata keçirdi. Öz torpağında, elində, obasında yaşamaq hüququndan məhrum edilmiş, erməni təcavüzünün qurbanı olan bu insanlar həmin çətin günləri hər zaman xatırlayır.Ən böyük təhdid sayılan unutqanlıq, tarixi həqiqətləri göz ardı etmək bəzən böyük problemlərin başlanğıcına çevrilir. Qeyd etdiyimiz kimi, son 200 ildə bu unutqanlığın qurbanına çevrilmiş torpaqlarımız, insanlarımız, abidələrimiz, sərvətimiz düşmən hiyləsinə, məkrinə tuş gəlib. Məhz gələcəkdə hər hansı bir tarixi unutqanlıq yaşamamaq üçün gənclərimiz bu günümüzü, keçmişimizi dərindən öyrənməli, bu həqiqətləri qavramalı və təbliğ etməlidir. Möhtərəm Prezidentimiz vurğuladı ki, gənc nəsil tarixi həqiqətləri bilməlidir. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədirdilər ki, guya Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Orada Sevan yoxdur, orada Göyçə var. Bu gün dillərdə şüar olan “Qarabağ Azərbaycandır” şüarı bizim milli keçmişimizin uğurlu gələcəyə gedən yolunun formuludur. Cənab Prezidentimizin bildirdiyi kimi, öz keçmişimizdən dərs çıxarmalı və gələcəyimizi daha etibarı şəkildə formalaşdırmaq üçün özümüzü, tariximizi, dünənimizi sabahımızın təməlinə çevriməliyik. Ağayeva Məleykə, YAP Sabirabad rayon təkilatının sədri aia.az Geri dön |