Ana Sayfa > Cəmiyyət > Bakıda avtobus qəzası: Polis əməkdaşı ölüb

Bakıda avtobus qəzası: Polis əməkdaşı ölüb


25-04-2016, 11:56. Yazar: admin

Bir neçə nəfər xəsarət alıb.

Bakıda sərnişin avtobusu qəza törədib.

Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında “Ay işığı” restoranının qarşısında qeydə alınıb.

SOCAR-a məxsus avtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Nizami rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs polis əməkdaşıdır, o, minik avtomobilində olub.

Ölən şəxs mühafizə polisində çalışırmış.

Hazırda faktla bağlı araşdırma aparılır.
Geri dön