Ana Sayfa > Karusel / Ölkə > Abşeronda kişi özünü 14-cü mərtəbədən atdı
Abşeronda kişi özünü 14-cü mərtəbədən atdı2-06-2021, 09:54. Yazar: sevinc1 |
![]() Abşeronda intihar hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb. Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb. Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb. aia.az Geri dön |