Ana Sayfa > Qərbi Azərbaycan > “...70 yaşında dünyaya yenidən göz açdım, Ruslan həkimin sayəsində.”

“...70 yaşında dünyaya yenidən göz açdım, Ruslan həkimin sayəsində.”


1-06-2021, 16:08. Yazar: sevinc1
“...70 yaşında dünyaya yenidən göz açdım, Ruslan həkimin sayəsində.”


Redaksiyamıza minnətdarlıq məktubu ilə müraciət edən Qazax rayonu, Qaymaqlı kənd sakini İsayev Göycə Abduləli oğlu ömrünün ixtiyar çağında az qala dünya işığına həsrət qalıbmış. Bir müddət əvvəl gözlərində yaranmış hansısa ciddi problem onun görmə qabiliyyətini o qədər zəiflədib ki, artıq nə şəxsi təsərrüfatının, nə də özünün qayğısına qala bilmirmiş...

“Yaşım az olmasa da, özümüm kifayət qədər gümrah hiss edirəm. Kənddə bağ-bağçaya, heyvanata da özüm qulluq edirəm. Amma bu yaxınlarda düçar olduğum bir bəla məni az qala həyatımın bütün bu sevinclərindən məhrum etmişdi. Səbəbini özüm də bilmirəm, amma belə oldu ki, gözlərim sürətlə tutulmağa başladı. Az müddət sonra artıq köməksiz gəzə də bilmədim. Əvvəlcə rayonda, sonra Bakıda müraciət etmədiyim həkim, getmədiyim klinika, döymədiyim qapı qalmadı. Hətta televiziyada bir verilişə də qatıldım. Amma bunların heç birinin köməyi olmadı. Həkimlər dərdimi çarəsiz görüb boyunlarına məsuliyyət götürmək istəmirdilər. Demək olar mən də artıq ümidimi üzmüşdüm. Amma necə deyərlər, sən saydığını say... Bu ağır günlərin birində Allah özü məni Ruslan həkimə rast çıxardı. Bakının Badamdar qəsəbəsində yerləşən “Badam Medical Center” tibb mərkəzində çalışan cərrah-oftalmoloq Ruslan Məmmədov. Ətraflı müayinələrdən sonra Ruslan həkim mənə dedi ki, sənin gözlərini açacağam. Mən də dedim ki, ay oğul, əgər bunu bacarsan, hesab et ki, mənim gözlərimi deyil, həyatımı qurtarırsan. Çünki bu yaşda birdən-birə iş-gücdən, illər boyunca adət etdiyin həyat tərzindən qalmaq, üstəlik də bir başqasına yük olmaq mənim üçün elə ölümə bərabərdir.

Amma Allaha şükürlər olsun ki, bütün bunlar baş vermədi. Ruslan həkimin yüksək peşəkarlıqla apardığı əməliyyat uğurla başa çatdı. İndi hamıya deyirəm ki, mən 70 yaşında dünyaya yenidən göz açdım, Ruslan həkimin sayəsində. Buna görə də istəyirəm cərrah-oftalmoloq Ruslan Məmmədova və ona həmçinin yüksək peşəkarlıqla kömək edən tibb bacısı Qumral Sarıyevaya bir daha öz dərin təşəkkürümü, səmimi minnətdarlığımı bildirim. Bir də istəyirəm ki, hər kəs “Badam Medical Center” tibb mərkəzinin həkimlərinə öz sağlamlığını etibar edə biləcəyinə əmin olsun. Əlləriniz var olsun!”

Biz də öz növbəmizdə Göycə İsayevi şəfa tapması münasibətilə təbrik edirik və öz adımızdan cərrah-oftalmoloq Ruslan Məmmədova, tibb bacısı Qumral Sarıyevaya təşəkkür edirik. “Badam Medical Center” tibb mərkəzinin bütün heyətinə yeni-yeni uğurlar diləyirik!



İsayev Göycə ,
Qazax rayon Qaymaqlı kəndinin sakini ,el ağsqqalı
aia.az
Geri dön