Ana Sayfa > İdman > "Çelsi"dən transfer üçün 200 milyon funt sterlinq

"Çelsi"dən transfer üçün 200 milyon funt sterlinq


1-06-2021, 14:17. Yazar: sevinc1
"Çelsi"dən transfer üçün 200 milyon funt sterlinq

"Çelsi" yay transfer pəncərəsində yeni oyunçular almaq üçün 200 milyon funt sterlinq xərcləyə bilər.

London təmsilçisinin baş məşqçisi Tomas Tuhel klubun sahibi Roman Abramoviçdən bəzi yeni futbolçular almasını xahiş edib. Alman mütəxəssisin transfer siyahısına hücumçu, yarımmüdafiəçi və müdafiəçi daxildir.

Tuhel Çempionlar liqasının finalında "Mançester Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra İngiltərəyə qayıtmazdan əvvəl mayın 30-u Portuda Abramoviçlə görüşüb. Onlar Romelu Lukaku, Harri Keyn ("Tottenhem") və Adam Traore ("Vulverhempton") daxil olmaqla mümkün transferləri müzakirə ediblər. Tuhel eyni zamanda Yonas Hofmann ("Borussiya" Mühnenqladbax), Deklan Rays ("Vest Hem") və Aurelien Çuameni ("Monako") ilə maraqlanır.

Qeyd edək ki, "Çelsi" ötən yay 7 oyunçu üçün 200 milyon funt sterlinq xərcləyib.

AİA.Az

Geri dön