Ana Sayfa > İdman > Bütün dövrlərin ən güclü hücumçularının adları açıqlanıb - SİYAHI

Bütün dövrlərin ən güclü hücumçularının adları açıqlanıb - SİYAHI


31-05-2021, 13:25. Yazar: sevinc1
Bütün dövrlərin ən güclü hücumçularının adları açıqlanıb - SİYAHI

Siyahıya 30 futbolçu salınıb.

Onlardan 4-ü hazırda karyerasını davam etdirir. "Bavariya"nın qol "silahı" Robert Levandovski ilk "10-luq"da özünə yer edə bilibsə, "Atletiko"ya La Liqa çempionluğunu qazandıran Luis Suares 24-cü, "Real"ın lideri Kərim Benzema 26-cı, "Milan"ın veteran forvardı Zlatan İbrahimoviç isə 29-cu yeri tutub.

Bütün zamanların ən yaxşı forvardı əfsanəvi braziliyalı futbol "kral"ı Pele seçilib. Onu həmyerlisi Ronaldo izləyib. İlk "üçlüy"ün son sakini Almaniyanın unudulmaz hücumçusu Herd Müller olub.

1. Pele (Braziliya)
2. Ronaldo (Braziliya)
3. Herd Müller (Almaniya)
4. Eysebio (Portuqaliya)
5. Ferens Puşkaş (Macarıstan)
6. Alfredo di Stefano (Argentina)
7. Marko van Basten (Niderland)
8. Romario (Braziliya)
9. Robert Levandovski (Polşa)
10. Cüzeppe Meatsa (İtaliya)
11. Karl-Hayns Rummenigge (Almaniya)
12. Sandor Koşsiş (Macarıstan)
13. Qunnar Nordahl (İsveç)
14. Corc Vea (Liberiya)
15. Tyerri Anri (Fransa)
16. Con Çarles (Uels)
17. Raul Qonzales (İspaniya)
18. Cimmi Qrivz (İngiltərə)
19. Qabriel Batistuta (Argentina)
20. Paolo Rossi (İtaliya)
21. Emilio Butrageno (İspaniya)
22. Yozef Biscan (Avstriya)
23. Alan Şirer (İngiltərə)
24. Luis Suares (Uruqvay)
25. Yan Raş (Uels)
26. Kərim Benzema (Fransa)
27. Samuel Eto (Kamerun)
28. Andrey Şevçenko (Ukrayna)
29. Zlatan İbrahimoviç (İsveç)
30. Ernan Krespo (Argentina)

AİA.Az
Geri dön