Ana Sayfa > İqtisadiyyat > SOCAR-ın 2021-ci il üçün maliyyə planının icrası ilə bağlı fikir mübadiləsi aparılıb

SOCAR-ın 2021-ci il üçün maliyyə planının icrası ilə bağlı fikir mübadiləsi aparılıb


31-05-2021, 13:22. Yazar: sevinc1
SOCAR-ın 2021-ci il üçün maliyyə planının icrası ilə bağlı fikir mübadiləsi aparılıb

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Şirkətdən bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov toplantı iştirakçılarını 28 May - Respublika Günü münasibətilə təbrik edib. Şura sədri vurğulayıb ki, bu il Respublika Gününü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Qələbə qazanan qalib dövlətin, güclü və müstəqil Azərbaycanın vətəndaşları olaraq qeyd edirik.

İclasda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müzakirə edilib. Sonra Müşahidə Şurasının ötən iclasında verilən tapşırıqların yerinə yetirilməsi vəziyyəti barədə Dövlət Neft Şirkətinin təqdimatı dinlənilib, SOCAR-ın 2021-ci il üçün maliyyə planının icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılıb.

AİA.Az
Geri dön