Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda əsgər intihar etdi
Azərbaycanda əsgər intihar etdi31-05-2021, 11:01. Yazar: sevinc1 |
![]() Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib. Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov “Report”un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib. Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır. aia.az Geri dön |