Ana Sayfa > İdman > Sumqayıt komandası meğlub oldu

Sumqayıt komandası meğlub oldu


25-04-2016, 11:19. Yazar: admin
Sumqayıt komandası meğlub oldu

Aprelin 24-də Azərbaycan premiyer liqasında Sumqayıt şəhər Kəpəzi qəbul edirdi. Oyuna Sumqayıtlılar aktiv başladılar. Oyunun 22-ci dəqiqəsində Murad Ağayev cərimə zərbəsindən hesabı acdı 1-0. 1-ci hissədə gənclər şəhəri daha çox hücum edirdi. Buna baxmayaraq məhs Sumqayıtın heyətində Azad Turabov öz qapısına qol vurmaqla gəncəliləri sevindirdi 1-1. 2-ci hissədə meydan sahiblərinin səhvini Kəpəz bağışlamadı. Əvvəlcə O.Martins hesabı 2-1 etdi. Sumqayıt şokdan ayılmamış daha bir zərbə aldı. Beləki heç bir dəqiqə keçmədi 90 nömrəli hücumçu Ebah müdafiyənin səhvindən maksimum faydalandı. 1-3. Bundan sonra Sumqayıt azarkeşlər qarşısında günahlarını silmək üçün Amil Yunanovla hesab arasında fərqi azaltdı.2-3. Meydan sahibləri çox çalışsada məğlubiyyətdən yaxa qurtara bilmədi. Beləliklə Kəpəz səfərdə yaxşı nəticəylə Gəncəyə qayıdaraq ən azı Avroliqa turnirinə olan yerə daha da yaxınlaşdı.

Şirxanlı Rövşən.
Geri dön