Ana Sayfa > Gündəm > Müdafiə Nazirliyi: Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq
Müdafiə Nazirliyi: Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq24-04-2016, 20:50. Yazar: admin |
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın münaqişənin həlli ilə bağlı Azərbaycana güzəştə getməmək mülahizələrinə münasibət bildirib. Nazirlikdən "Report"a verilən məlumatda bildirilir ki, "S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq". “S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq. Münaqişənin sülh yolu ilə yeganə həlli isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır. Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və Ordumuzun qüdrəti ilə işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaqdır”, - deyə açıqlamada bildirilir aia.az Geri dön |