Ana Sayfa > Yazar2 > MİRZƏ ƏLƏKBƏR SABİR VALİDEYN-ÖVLAD MÜNASİBƏTİ MƏSƏLƏLƏRİ HAQQINDA
MİRZƏ ƏLƏKBƏR SABİR VALİDEYN-ÖVLAD MÜNASİBƏTİ MƏSƏLƏLƏRİ HAQQINDA27-05-2021, 16:53. Yazar: sevinc1 |
30 may Mirzə Ələkbər Sabirin doğum günüdür Valideynin, təbii, övlada Nəzəri-etinası tərbiyədir. M.Ə.Sabir İlk öncə qeyd edək ki, Mirzə Ələkbər Sabir ailənin quruluşu məsələsini çox mühüm məsələlərdən hesab edir və buna şüurlu surətdə yanaşmağın lazım olduğunu bildirir. Ailədə uşaqlar ilk əxlaqi-mənəvi dəyərlərə ata-ananın, onlara göstərdiyi təsirlər sayəsində yiyələnirlər. Valideynin öz övladlarının tərbiyəsi üçün böyük məsuliyyət hiss etməsi uşaqların ailədə düzgün tərbiyə almasında əsas şərtdir. Tərbiyə üçün məsuliyyət hiss edən valideynlər öz övladlarında nə kimi keyfiyyətlər tərbiyə etmək lazım olduğunu aydın surətdə dərk edib, ardıcıl surətdə bu keyfiyyətləri onlara aşılayırlar. Mirzə Ələkbər Sabir mənzum hekayələrində valideynin zəhmətini, övladın ata-anaya borcunu və xidmətini aydın, sadə, təsirli misralarla göstərmişdir. Şair ata-ananın zəhmət və arzularını övlada eşitdirməklə onun məsuliyyətini daha da artırır. İlk dəfə “Səda” qəzetində “Balaxanı məktəbi müəllimlərindən Ə.Sabir Tahirzadə” imzası ilə çap olunan “Məktəb şagirdlərinə töhfə” şeirində müəllim-pedaqoq yeniyetmələrin həyatının məqsədindən bəhs edir. Uşaqlıqdan özünü əməyə, zəhmətə alışdıran hər kəs xoşbəxt ola bilər. Xoşbəxtliyin mayası zəhmətdir. Lakin tənbəlliyə meyl göstərənlərin ömrü səfalətdə keçər. Zəhmət nəticəsində insan xoşbəxt gələcəyi də əldə etmiş olur, eyni zamanda xalqa, vətənə xidmət edir. İyirmi dörd misradan ibarət olan şeirdə oxuyuruq: Ey uşaqlar, uşaqlıq əyyami, - Gələn əyyamın ondadır kami. Kim ki, qeyrətlə zəhmətə alışar, Kəsbi-irfanə ruzü şəb çalışar, - Zəhməti mayeyi-səadət olar, Yaşadıqca həmişə rahət olar. Kim ki, tənbəlliyə məhəbbət edər, Daim əyləncələrlə ülfət edər, Keçirir vəqtini cəhalət ilə, Bütün ömrü keçər səfalət ilə. İştə, övlad, siz bu halı görün, Bu iki vazeh ehtimalı görün; Vəqtdən daim istifadə edin, Elm təhsilini iradə edin... M.Ə.Sabir həm bir etnopedaqoq və həm də bir pedaqoq olaraq mənzum heka-yələrində əmək tərbiyəsinə, uşaqları halal əməyə səsləyən işgüzarlıq tərbiyəsinə önəm verir. Bu misralarla yetişən nəsli halal əməyə sevgi, tənbəlliyə isə nifrət hissləri aşılayan misraları pedaqoji fikir tariximizi zənginləşdirən etnopedaqoji dəyərlər kimi də qiymətləndirilə bilər. “Ə.S.” imzası ilə çap olunan M.Ə.Sabirin “Camuşçu və sel” əsərində müəllifin istinad etdiyi xalq pedaqogikası süjeti uşaqların maraq dairəsi, yaş səviyyələri, dərketmə qabiliyyəti baxımından, həmçinin, ideya-məzmun cəhətdən sərfəli olan estetik təsirin daha da qüvvətliliyi mənasında ilk mənbəni təkrar etməyən, orijinal ideyalı və məzmunlu uşaq əsəri kimi meydana çıxmışdır. “Camuşçu və sel” əsərinin məzmunu uşaqların həyatı və tərbiyəsi ilə bilavasitə əlaqələndirməyə xidmət edir. Mirzə Ələkbər Sabirin “Camuşçu və sel” əsəri “Qabusnamə”dəki bir “hekayət” əsasında yazılmışdır. Bu “hekayət”də qoyun saxlayan kişinin böyük qoyun sürüsü və çox düz, əməlisaleh bir çobanı var idi. Qoyunlar nə qədər süd verirdilərsə, azına-çoxuna, artığına-əskiyinə baxmadan çoban hamısını ağasının yanına aparardı. Ağası isə həmin südə su qatıb çobana qaytarar və deyərdi: “Apar sat!” Çoban həmin kişiyə öyüd verib nəsihət edər və deyərdi: “Ey xacə, müsəlmanlara xəyanət etmə, xalqa xəyanət edənin axırı yaxşı olmaz”. Kişi isə çobanın sözünə baxmayıb südə su qatmağında davam edərdi. Bir dəfə çoban təsadüfən qoyunları suyu qurumuş bir dərədə yatırdıb, özü bir təpənin başına dırmaşdı və orada yuxladı. Bahar fəsli idi, birdən dağlarda gurşad yağışlar başladı, sel axıb dərəni doldurdu və bütün qoyunları boğub öldürdü. Mirzə Ələkbər Sabir həmin hadisəni oxucuda yüksək estetik-bədii zövq aşılayan misralarla ifadə edir: Sanki o su toplandı, dama-dama göl doğdu, Birdən daşdı sel kimi, bütün sürünü boğdu. Çoban şəhərə gəlib qoyun sahibinin yanına südsüz getdi. Kişi soruşdu: “Nə üçün süd gətirməyibsən?”. Çoban dedi: “Ey xacə, sənə dedim, südə su qatma, xəyanət olar, sözümə baxmadın. İndi camaata süd əvəzinə satdığın o sular bir yerdə toplanıb hücuma keçdilər və sənin bütün qoyunlarını apardılar”. Mirzə Ələkbər Sabir isə “Camuşçu və sel” əsərində isə çobanı uşaqla, kişini isə çamuşçu ilə əvəz etmiş, eyni zamanda hadisələri bir ailə çərçivəsinə sığdıraraq öz doğru və prinsipial hərəkəti ilə atasının yaramaz hərəkətlərini tənqid edən uşaq surətini canlandırmaqla əsərin uşaqlar tərəfindən maraqla oxunmasına və onlara qüvvətli təsir göstərə bilməsinə zəmin yaratmışdır. “Camuşçu və sel” şeirində isə oxuyuruq: Bir kişi saxlayırdı bir camuş, Su qatırdı südə, edirdi füruş. Yağdı şiddətlə bir yağış nagah, Kişinin vəzi-hali oldu təbah. Tutdu dünyanı sellərin cuşi, Dər-zəman aldı, getdi camuşi. Kişi ağlar göz ilə qıldı fəğan; Söylədi oğlu: “Ağlama, baba can! Çünki su südlərə tüfeyl oldu, Qatdığın su yığıldı seyl oldu. İndi camuşunu apardı isə, Başına məhşəri qopardı isə. Söyləmə kim, fələk qəzasıdır ol, Tutduğun işlərin cəzasıdır ol”. Atanın aqibətinə övlad da rişxənd edib güləcək. Südə su qatan kişidən təbii fəlakət intiqam alır. Sel camışı aparır. Atanın göz yaşlarına baxmayaraq cəsarətli oğul onun günahını üzünə deyir. Deməli, selin camışı aparması “fələyin qəzası” deyil, atanın tutduğu pis əməlin nəticəsidir. “Camuşçu və sel” şeirində olduğu kimi, “Artıq alıb, əskik satan tacir” şeirində M.Ə.Sabir “Ə.S.” imzası ilə əliəyriliyi pisləyir. Şair deyir ki, artıq alıb əskik verən tacirin oğlu da atasının yolu ilə gedir. Atasının dükanda olmamasından istifadə edərək o da öz atasından oğurlamaq istəyir. Ata oğlunu oğurluq üstündə cəzalandırdıqda, sillələdikdə isə nurani qoca işə qarışaraq belə deyir: Əkdiyin danənin budur səməri, Səndən əxz eyləyib həmin hünəri. ...Tərbiyət müstəhəddir, övlad Pədərindən nə görsə, eylər yad. ...Saleh ol, saleh olsun övladın! Taleh ol, taleh olsun övladın! Burada Mirzə Ələkbər Sabir şəxsiyyətin formalaşdırılmasına təsir edən amillərə də işarə edir. Şairə görə atadan övlada keçən pis irsi amillərdən nəşət edən əməllərdən uzaqlaşmaq lazımdır. Əks təqdirdə həmin atadan olan övladlar da həmin pis əməllərin sahibi olacaqlar. Şairin xalq pedaqogikası dəyərlərindən götürərək ailə, övlad tərbiyəsi nümunəsi kimi ictimai mühitə təqdim etdiyi bu tərbiyə örnəkləri də pedaqoji fikir tariximizi zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan ataların yerində işlətdiyi “Nə əkərsən, onu da biçərsən” məsəlindən Mirzə Ələkbər Sabir gözəl istifadə edib atanın bəd əməllərinin ağır nəticəsini oxucularına çatdırır. Şair mənzumənin sonunda valideynlərə üzünü tutub nəsihət eləyərək “Doğru olsan, övladın da doğru olar, oğru olsan, övladın da oğru olar” – deyir. Bəzi uşaq şeirlərində hansısa xalq pedaqogikası nümunələrinin nəzmə çəkilməsi yox, bu süjetin həmin əsər üzərindəki təsiri qabarıq cəhət kimi üzə çıxarır. M.Ə.Sabirin “Uşaq və pul” əsərinin mütaliəsi zamanı oxucu istər-istəməz, hansısa xalq pedaqogikası nümunəsi haqqında düşünməli olur. “Uşaq və pul” mənzuməsi xüsusilə maraqlıdır. Hiss olunur ki, müəllif bu əsəri xalq arasında çox yayılmış bir rəvayətin təsiri altında yazmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, M.Ə.Sabir nə xalq rəvayətini, nə də bu mövzuda əsər yazmış digər sənətkarları təkrar etməmiş, tamamilə orijinal bir yol tutaraq rəvayətdən aldığı təəssürat əsasında yeni bir süjet xətti düşünmüşdür. Mövzusu Azərbaycan xalq pedaqogikasından götürülmüş bu mənzum hekayənin pedaqoji dəyəri ondan ibarətdir ki, burada ananın oğurluq edən övladına verdiyi öyüd-nəsihət bütün dövrlər üçün aktuallıq kəsb edəcək bir tərbiyə örnəyinə çevrilmişdir. Mollanəsrəddinçi M.Ə.Sabirin “Ə.S.” imzası ilə “Yeni füyuzat” jurnalında yazdığı “Uşaq və pul” əsərində yaratdığı ana surəti isə A.Səhhətin ana surətindən fərqli nadan ananın əksinə olaraq pis əməli müqabilində oğlunu qətiyyətlə tənbeh edən, onu sözün əsl mənasında, düzgün tərbiyə yoluna çəkən müasir ana surəti yarada bilmişdir. Qocanın yerə düşən pulunu uşaq götürüb sevinə-sevinə evlərinə gətirir. Lakin ana bu pulun zəhmətlə qazanılmadığını övladına təsirli sözlə başa salır. “Oğul, özgənin pulu bizi ucaltmaz, əksinə, dost-düşmən yanında başıaşağı olarıq. Başqalarının üzünə baxa bilmərik. Pul nə qədər fərəh gətirirsə də, təmiz vicdan ondan daha qiymətlidir”. M.Ə.Sabirin bu mənzuməsindəki tərbiyəvi təsirin gücü həm millilik, həm də ümumbəşərilik baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, bir neçə xarici dilə çevrilən, digər xalqların tərbiyə örnəklərində yer alan bu mənzumədəki valideyn nəsihəti digər xalqların (ərəb, fars) da pedaqoji fikir tarixində yer almaqla ümumbəşəri dəyər səviyyəsinə yüksəlmişdir. On beş misradan ibarət olan şeirdə ananın övladına verdiyi nəsihətdə deyilir: Dedi: “Oğlum, nə sərd imiş qanın Ki, buna razı oldu vicdanın? Tifli-məsum ikən günah etdin, Kəndi vicdanını təbah etdin. Niyə verdin fənayə doğruluğu, İrtikab eylədin bu oğruluğu? Hiç zənn etməm, özgənin mali Bizi zəngin qılıb, edə ali. Yox, yox, oğlum, inan ki, xar oluruz! Ərzəli-əhli-ruzigar oluruz! Xain olsaq əgər bu dünyadə, İrzü namusumuz gedər badə; Gözümüz müntəhayi-zillətdən Baxamaz kimsəyə xəcalətdən; Gərçi pul çox fərəhfəzadır, oğul, Leyk namus pək bəhadır, oğul”! Bu bir həqiqətdir ki, uşaq poeziyasında xalq pedaqogikasından istifadənin digər bir yolu özünü poetik forma mükəmməlliyi və rəngarəngliyi axtarışlarında büruzə verir. Məhz bu konteksdə M.Ə.Sabir yeniyetmələrə belə gözəl hisslər aşılamaq üçün xalq məsəllərindən ən səciyyəvi nümunələri seçir, kiçik süjetli mənzum hekayələr yazır, uşaqlara böyük ideyalardan xəbər verirdi. Xalq deyimlərindən alınmış bu mövzular M.Ə.Sabirin qələmində öz təsir gücünü daha da artırır. Göründüyü kimi, Sabir yaradıcılığının çox zəngin, rəngarəng olmasının səbəblərindən birini onun xalq pedaqogikası ilə əlaqəsində axtarmaq lazımdır. “Qoca bağban” şeirində oxuyuruq ki, əlləri əsə-əsə meyvə ağacı əkən yaşlı qoca bağbana uşaqların tənə ilə yanaşmaları, “bu gün varsan, sabah yox” – deyə məsxərəyə qoymalarını, gülüşmələrini qoca belə cavablandırır: “…Dedi:Yer şumlayıb cəfa çəkərəm, Torpağa alma çərdəyi əkərəm”. Dedilər: “Bunda bir səlahın yox, Sən bu gün var isən, səbahın yox. İndi əkdiklərin nə vəqt çıxar? Bu çıxınca səni zəmanə yıxar… Rahət ol, çəkmə boş yerə zəhmət, Olamaz meyvəsi sənə qismət!” Dedi: “Əkmişlər, almışız, yemişiz, Xeyirlə yad edib dua demişiz; Əkiriz biz daha yeyənlər üçün, Əhli-xeyrə dua deyənlər üçün”. Mirzə Ələkbər Sabirin xalq pedaqogikasından yararlandığı deyimləri və du-yumları uşaqlara məxsus şeirlər sazlamaqla ibrətamiz səciyyə yaratmışdır. Atalar sözü olan “Yalançının evi yandı heç kəs inanmadı” deyimini “Yalançı çoban” mənzum hekayəsi üstündə sazlayan bu cəhətdən səciyyəvidir: çoban iki dəfə “Sürüyə canavar düşüb!” – deyə əylənərək eli köməyə çağırır. Üçüncü dəfə həqiqətən canavar sürüyə hücum çəkib qoyunu-quzunu qırır, camaat çobanın harayını yenə onlarla əylənmək bilib köməyə gəlmir. …Doğrudan bir zaman bəəzmi-şikar Qoyuna gəldi bir neçə canavar. Hərçi dad eylədi çoban, yahu! Eşidənlər dedi: yalandır bu! Bu səbəbdən hərayə getmədilər, Ona heç etina da etmədilər. Canavar yedi bütün qoyunu, İştə, oğlum, yalançılıq oyunu! Bax, yalançı tanındı çünki çoban, Doğru derkən sözü göründü yalan. Hərgiz, oğlum, yalan demə ki, xuda Dust tutmaz yalançını əbəda! Həm də xəlq içrə hörmətin olmaz, İzzətin, qədrü qiymətin olmaz. “Evi yandı yalançının, – derlər, – Ona bir kimsə etmədi bavər”. Mirzə Ələkbər Sabir uşaqlar üçün sadə yığcam əsərlər yazmaqla şeirinin finalında ibrətamiz nəticə çıxarır, onların tərbiyəsinə kömək etməyə çalışır. “Qarınca” şeirində oxuyuruq: …Kişilər himməti dağı qoparır, Kişi ol, dağ qopar həmiyyət ilə! …Vətən uğrunda, millət eşqində Bəzli-can et xülusi-niyyət ilə! İş apar, baş gedərsə qoy getsin… Ad qalır, bəs deyilmi, millət ilə?! Bu yolla yaranan əsərlərin bir qismində ayrı-ayrı xalq pedaqogikası nümunələrindən uşaq əsərlərinin tərkib hissəsi kimi istifadə olunmuşdur. Uşaqlar üçün yazılmış əsərlərdə Sabirin atalar sözlərindən istifadə edərkən estetik fikrin daha qabarıq, daha aydın ümumiləşdirici mahiyyətinə və bədii ifadəsinə görə fərqlənir. Göründüyü kimi, M.Ə.Sabirin yaradıcılıq dühası nağılları xatırlatdığı kimi, hər misrası da xalq pedaqogikası və ya bir el ədəbiyyatı nümunəsilə səsləşir. Ona görə də pedaqoji dəyəri yüksək olur. M.Ə.Sabirin əsərlərində ən çox təəssüf hisslərinə rast gəlirik ki, bu da övladlarının tərbiyəsi ilə az maraqlanan, onların tərbiyəsi və təlimi ilə məşğul olmayan və ümumiyyətlə, tərbiyə üçün məsuliyyət hiss etməyən ata-analardır. Övlad tərbiyəsinə məsuliyyətcəsinə münasibət bəsləməyin bir forması uşaqları ərköyün böyütməkdir. Bu eybəcər tərbiyənin əsas səbəbi ata-ananın öz uşağına hər hansı bir həddi aşan sevgisidir. Uşağı sevmək yaxşı şeydir və bu uşağın inkişafı üçün də vacibdir. Lakin sevgi həddi aşanda əks nəticə verir və uşağın tərbiyəsini pozur. A.S.Makarenkonun sözləri ilə desək, uşağa olan sevgi dərman kimi müəyyən norma tələb edir, nə az, nə də çox olmalıdır. Qızdırmanı kəsmək üçün dərmanı yarım qram əvəzinə on qram qəbul edəndə insanı zəhərlər. Eləcə də uşağı həddən artıq əzizləyib onun hər istəyini yerinə yetirdikdə belə sevgi onu korlayır. M.Ə.Sabir valideynlərdən öz uşaqlarına qarşı son dərəcə diqqətli olmağı, uşağı nəzarətsiz buraxmamağı, ədəbsizlik etməyə qoymamağı, qeyd edildiyi kimi ərköyünlüyə öyrətməməyi zəruri sayırdı. Sabir valideynlərin özlərinin tərbiyəyə zəruri ehtiyacı oduğunu qeyd edir. Dahi şair qeyd edir ki, uşaqların tərbiyəsi işində qüsura yol verən, pedaqoji biliyə ciddi ehtiyac hiss edən ailələr az deyildir. Belə ki, bir çox ailələrdə vahidlik prinsipi gözlənilmir. Təbii ki, bu tələblərdə vahidlik gözlənilmirsə, uşağı düzgün tərbiyə etmək olmaz. Budur, ata oğlunu biədəb söyüşlərinə görə tənbeh edəndə, ana uşağı müdafiəyə qalxaraq deyir: Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım! Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri, – Oğlu söydükcə fərəhdən açılır balü pəri; Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! Kişi, az söylə mənə bir dəxi məktəb sözünü! Yəni məktəblə uşaq kamil edərmiş özünü? Bir söyüşdən yana az danla bu tiflin üzünü! Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım! Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! Göründüyü kimi, ana deyir ki, qonşuluqda yaşayan “Ağcanın ərini” oğlu söydükcə atanın fərəhdən qəlbi böyüyür, sən isə oğlunun bir söyüşü ilə ona acıqlanırsan. M.Ə.Sabir qeyd edir ki, valideyn, ilk növbədə, tərbiyənin məqsədini aydın təsəvvür etməlidir. O, göstərirdi ki, bir çox ailələr bu məsələyə tam etinasızlıqla yanaşırlar: valideynlər və uşaqlar sadəcə bir yerdə yaşadıqlarından valideynlər ümid edirlər ki, hər şey öz-özünə qaydaya düşəcəkdir. Belə valideynlərin nə aydın məqsədi, nə də müəyyən proqramı olur. Görkəmli pedaqoqun fikrincə, hər bir ata və ana öz uşaqlarında nə kimi sifətlər tərbiyə etmək istədiyini yaxşı bilməlidir. Valideyn öz arzularının nədən ibarət olduğunu aydın təsəvvür etməlidir. Bildiyimiz kimi, fanat mollalar, axundlar, zahidlər yeni üsullu məktəbləri şeytan ocağı adlandırır və orada dünyəvi elmləri öyrənənləri kafir adlandırırdılar. Bu da, təbii, valideynlərə təsir edir, uşaqların təhsil almaqdansa “qoçu”, “qaçaq-quldur” olmağı üstün tuturdular. Budur, ata oğlunun küçədə göstərdiyi “şücaəti” arvadı Xansənəmə danışır. Oğlu Feyzinin piyan halda “qoca sailə” necə qan qusdurduğundan fərəhlə danışır və deyir ki, hələ yaşı on beşə çatanda, cürəti daha da artacaq, bax onda Rüstəmi-Zal kimi aləmə səs salacaq. Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş! Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! Sən öləsən, qoy hələ olsun əməlli cəvan, On beşə çatsın yaşı, cürətin etsin əyan, Bir qoçu olsun bu kim, aləmə salsın fəğan, Hər kəs ona söyləsin: Rüstəmi-dastan imiş! Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! Yaxşı olub mən bunun bəxtini çöndərmədim, Bir para pis işlərə fikrini döndərmədim – Qonşumuzun oğlu tək məktəbə göndərmədim, Doğrusu, məktəb demək guşeyi-zindan imiş! Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! Bu kimi valideyn-övlad münasibəti ruhunda yazılmış satirik şeirlərə M.Ə.Sabir çox yer vermişdir. “Olmur-olmasın” şeirində atanın dilindən oxuyuruq: Küçədə tullan, ey oğul, sənətin olmur, olmasın! Sənətə, dərsə, məktəbə rəğbətin olmur, olmasın! Axşam olanda çıx çölə, gəlmə səbahə tək hələ, Neyləsən eylə, bir belə ismətin olmur, olmasın! İffətin olmur, olmasın! Tezdən ayılma bir səhər, dərsinə qılma bir nəzər, Elm oxumaqda, müxtəsər, niyyətin olmur, olmasın! Himmətin olmur, olmasın! Mirzə Ələkbər Sabirin pedaqoji fikir və ideyalarında ailə tərbiyəsi məsələləri mühüm yer tutmuşdur. O, ailə və məktəbin birgə işini, bunlar arasında vahid tələblərin gözlənilməsini, valideynin nümunəsini uşağın tərbiyəsində mühüm şərt saymışdır. Mirzə Ələkbər Sabir böyüyən nəslin tərbiyəsinin məzmunu, məqsədi, həyata keçirilmə imkanları ilə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Böyük ustad əmək tərbiyəsini əxlaq tərbiyəsi ilə əlaqədə götürmüş, əməyin tərbiyəedici xüsusiyyətini önə çəkmiş, böyüyən nəsildə əməyə və əməkçi insanlara məhəbbət tərbiyə etməyi, sənət öyrətməyi vacib bilmişdirr. Yekun olaraq qeyd edək ki, xalqımız, tariximiz var olduqca Mirzə Ələkbər Sabirin irsi də yaşayacaqdır. Necə ki, Mövlana Cəlaləddin Rumi deyir: Ölümümüzdən sonra məzarımızı yerdə arama. Ariflərin könüllərindədir məzarımız bizim. MİRZƏ ƏLƏKBƏR SABİR VALİDEYN-ÖVLAD MÜNASİBƏTİ MƏSƏLƏLƏRİ HAQQINDA 30 may Mirzə Ələkbər Sabirin doğum günüdür KAMAL CAMALOV Naxçıvan Müəllimlər İnstitutu Pedaqogika elmləri doktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Azərbaycan Yazıçılar Birliyinin üzvü Valideynin, təbii, övlada Nəzəri-etinası tərbiyədir. M.Ə.Sabir İlk öncə qeyd edək ki, Mirzə Ələkbər Sabir ailənin quruluşu məsələsini çox mühüm məsələlərdən hesab edir və buna şüurlu surətdə yanaşmağın lazım olduğunu bildirir. Ailədə uşaqlar ilk əxlaqi-mənəvi dəyərlərə ata-ananın, onlara göstərdiyi təsirlər sayəsində yiyələnirlər. Valideynin öz övladlarının tərbiyəsi üçün böyük məsuliyyət hiss etməsi uşaqların ailədə düzgün tərbiyə almasında əsas şərtdir. Tərbiyə üçün məsuliyyət hiss edən valideynlər öz övladlarında nə kimi keyfiyyətlər tərbiyə etmək lazım olduğunu aydın surətdə dərk edib, ardıcıl surətdə bu keyfiyyətləri onlara aşılayırlar. Mirzə Ələkbər Sabir mənzum hekayələrində valideynin zəhmətini, övladın ata-anaya borcunu və xidmətini aydın, sadə, təsirli misralarla göstərmişdir. Şair ata-ananın zəhmət və arzularını övlada eşitdirməklə onun məsuliyyətini daha da artırır. İlk dəfə “Səda” qəzetində “Balaxanı məktəbi müəllimlərindən Ə.Sabir Tahirzadə” imzası ilə çap olunan “Məktəb şagirdlərinə töhfə” şeirində müəllim-pedaqoq yeniyetmələrin həyatının məqsədindən bəhs edir. Uşaqlıqdan özünü əməyə, zəhmətə alışdıran hər kəs xoşbəxt ola bilər. Xoşbəxtliyin mayası zəhmətdir. Lakin tənbəlliyə meyl göstərənlərin ömrü səfalətdə keçər. Zəhmət nəticəsində insan xoşbəxt gələcəyi də əldə etmiş olur, eyni zamanda xalqa, vətənə xidmət edir. İyirmi dörd misradan ibarət olan şeirdə oxuyuruq: Ey uşaqlar, uşaqlıq əyyami, - Gələn əyyamın ondadır kami. Kim ki, qeyrətlə zəhmətə alışar, Kəsbi-irfanə ruzü şəb çalışar, - Zəhməti mayeyi-səadət olar, Yaşadıqca həmişə rahət olar. Kim ki, tənbəlliyə məhəbbət edər, Daim əyləncələrlə ülfət edər, Keçirir vəqtini cəhalət ilə, Bütün ömrü keçər səfalət ilə. İştə, övlad, siz bu halı görün, Bu iki vazeh ehtimalı görün; Vəqtdən daim istifadə edin, Elm təhsilini iradə edin... M.Ə.Sabir həm bir etnopedaqoq və həm də bir pedaqoq olaraq mənzum heka-yələrində əmək tərbiyəsinə, uşaqları halal əməyə səsləyən işgüzarlıq tərbiyəsinə önəm verir. Bu misralarla yetişən nəsli halal əməyə sevgi, tənbəlliyə isə nifrət hissləri aşılayan misraları pedaqoji fikir tariximizi zənginləşdirən etnopedaqoji dəyərlər kimi də qiymətləndirilə bilər. “Ə.S.” imzası ilə çap olunan M.Ə.Sabirin “Camuşçu və sel” əsərində müəllifin istinad etdiyi xalq pedaqogikası süjeti uşaqların maraq dairəsi, yaş səviyyələri, dərketmə qabiliyyəti baxımından, həmçinin, ideya-məzmun cəhətdən sərfəli olan estetik təsirin daha da qüvvətliliyi mənasında ilk mənbəni təkrar etməyən, orijinal ideyalı və məzmunlu uşaq əsəri kimi meydana çıxmışdır. “Camuşçu və sel” əsərinin məzmunu uşaqların həyatı və tərbiyəsi ilə bilavasitə əlaqələndirməyə xidmət edir. Mirzə Ələkbər Sabirin “Camuşçu və sel” əsəri “Qabusnamə”dəki bir “hekayət” əsasında yazılmışdır. Bu “hekayət”də qoyun saxlayan kişinin böyük qoyun sürüsü və çox düz, əməlisaleh bir çobanı var idi. Qoyunlar nə qədər süd verirdilərsə, azına-çoxuna, artığına-əskiyinə baxmadan çoban hamısını ağasının yanına aparardı. Ağası isə həmin südə su qatıb çobana qaytarar və deyərdi: “Apar sat!” Çoban həmin kişiyə öyüd verib nəsihət edər və deyərdi: “Ey xacə, müsəlmanlara xəyanət etmə, xalqa xəyanət edənin axırı yaxşı olmaz”. Kişi isə çobanın sözünə baxmayıb südə su qatmağında davam edərdi. Bir dəfə çoban təsadüfən qoyunları suyu qurumuş bir dərədə yatırdıb, özü bir təpənin başına dırmaşdı və orada yuxladı. Bahar fəsli idi, birdən dağlarda gurşad yağışlar başladı, sel axıb dərəni doldurdu və bütün qoyunları boğub öldürdü. Mirzə Ələkbər Sabir həmin hadisəni oxucuda yüksək estetik-bədii zövq aşılayan misralarla ifadə edir: Sanki o su toplandı, dama-dama göl doğdu, Birdən daşdı sel kimi, bütün sürünü boğdu. Çoban şəhərə gəlib qoyun sahibinin yanına südsüz getdi. Kişi soruşdu: “Nə üçün süd gətirməyibsən?”. Çoban dedi: “Ey xacə, sənə dedim, südə su qatma, xəyanət olar, sözümə baxmadın. İndi camaata süd əvəzinə satdığın o sular bir yerdə toplanıb hücuma keçdilər və sənin bütün qoyunlarını apardılar”. Mirzə Ələkbər Sabir isə “Camuşçu və sel” əsərində isə çobanı uşaqla, kişini isə çamuşçu ilə əvəz etmiş, eyni zamanda hadisələri bir ailə çərçivəsinə sığdıraraq öz doğru və prinsipial hərəkəti ilə atasının yaramaz hərəkətlərini tənqid edən uşaq surətini canlandırmaqla əsərin uşaqlar tərəfindən maraqla oxunmasına və onlara qüvvətli təsir göstərə bilməsinə zəmin yaratmışdır. “Camuşçu və sel” şeirində isə oxuyuruq: Bir kişi saxlayırdı bir camuş, Su qatırdı südə, edirdi füruş. Yağdı şiddətlə bir yağış nagah, Kişinin vəzi-hali oldu təbah. Tutdu dünyanı sellərin cuşi, Dər-zəman aldı, getdi camuşi. Kişi ağlar göz ilə qıldı fəğan; Söylədi oğlu: “Ağlama, baba can! Çünki su südlərə tüfeyl oldu, Qatdığın su yığıldı seyl oldu. İndi camuşunu apardı isə, Başına məhşəri qopardı isə. Söyləmə kim, fələk qəzasıdır ol, Tutduğun işlərin cəzasıdır ol”. Atanın aqibətinə övlad da rişxənd edib güləcək. Südə su qatan kişidən təbii fəlakət intiqam alır. Sel camışı aparır. Atanın göz yaşlarına baxmayaraq cəsarətli oğul onun günahını üzünə deyir. Deməli, selin camışı aparması “fələyin qəzası” deyil, atanın tutduğu pis əməlin nəticəsidir. “Camuşçu və sel” şeirində olduğu kimi, “Artıq alıb, əskik satan tacir” şeirində M.Ə.Sabir “Ə.S.” imzası ilə əliəyriliyi pisləyir. Şair deyir ki, artıq alıb əskik verən tacirin oğlu da atasının yolu ilə gedir. Atasının dükanda olmamasından istifadə edərək o da öz atasından oğurlamaq istəyir. Ata oğlunu oğurluq üstündə cəzalandırdıqda, sillələdikdə isə nurani qoca işə qarışaraq belə deyir: Əkdiyin danənin budur səməri, Səndən əxz eyləyib həmin hünəri. ...Tərbiyət müstəhəddir, övlad Pədərindən nə görsə, eylər yad. ...Saleh ol, saleh olsun övladın! Taleh ol, taleh olsun övladın! Burada Mirzə Ələkbər Sabir şəxsiyyətin formalaşdırılmasına təsir edən amillərə də işarə edir. Şairə görə atadan övlada keçən pis irsi amillərdən nəşət edən əməllərdən uzaqlaşmaq lazımdır. Əks təqdirdə həmin atadan olan övladlar da həmin pis əməllərin sahibi olacaqlar. Şairin xalq pedaqogikası dəyərlərindən götürərək ailə, övlad tərbiyəsi nümunəsi kimi ictimai mühitə təqdim etdiyi bu tərbiyə örnəkləri də pedaqoji fikir tariximizi zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan ataların yerində işlətdiyi “Nə əkərsən, onu da biçərsən” məsəlindən Mirzə Ələkbər Sabir gözəl istifadə edib atanın bəd əməllərinin ağır nəticəsini oxucularına çatdırır. Şair mənzumənin sonunda valideynlərə üzünü tutub nəsihət eləyərək “Doğru olsan, övladın da doğru olar, oğru olsan, övladın da oğru olar” – deyir. Bəzi uşaq şeirlərində hansısa xalq pedaqogikası nümunələrinin nəzmə çəkilməsi yox, bu süjetin həmin əsər üzərindəki təsiri qabarıq cəhət kimi üzə çıxarır. M.Ə.Sabirin “Uşaq və pul” əsərinin mütaliəsi zamanı oxucu istər-istəməz, hansısa xalq pedaqogikası nümunəsi haqqında düşünməli olur. “Uşaq və pul” mənzuməsi xüsusilə maraqlıdır. Hiss olunur ki, müəllif bu əsəri xalq arasında çox yayılmış bir rəvayətin təsiri altında yazmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, M.Ə.Sabir nə xalq rəvayətini, nə də bu mövzuda əsər yazmış digər sənətkarları təkrar etməmiş, tamamilə orijinal bir yol tutaraq rəvayətdən aldığı təəssürat əsasında yeni bir süjet xətti düşünmüşdür. Mövzusu Azərbaycan xalq pedaqogikasından götürülmüş bu mənzum hekayənin pedaqoji dəyəri ondan ibarətdir ki, burada ananın oğurluq edən övladına verdiyi öyüd-nəsihət bütün dövrlər üçün aktuallıq kəsb edəcək bir tərbiyə örnəyinə çevrilmişdir. Mollanəsrəddinçi M.Ə.Sabirin “Ə.S.” imzası ilə “Yeni füyuzat” jurnalında yazdığı “Uşaq və pul” əsərində yaratdığı ana surəti isə A.Səhhətin ana surətindən fərqli nadan ananın əksinə olaraq pis əməli müqabilində oğlunu qətiyyətlə tənbeh edən, onu sözün əsl mənasında, düzgün tərbiyə yoluna çəkən müasir ana surəti yarada bilmişdir. Qocanın yerə düşən pulunu uşaq götürüb sevinə-sevinə evlərinə gətirir. Lakin ana bu pulun zəhmətlə qazanılmadığını övladına təsirli sözlə başa salır. “Oğul, özgənin pulu bizi ucaltmaz, əksinə, dost-düşmən yanında başıaşağı olarıq. Başqalarının üzünə baxa bilmərik. Pul nə qədər fərəh gətirirsə də, təmiz vicdan ondan daha qiymətlidir”. M.Ə.Sabirin bu mənzuməsindəki tərbiyəvi təsirin gücü həm millilik, həm də ümumbəşərilik baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, bir neçə xarici dilə çevrilən, digər xalqların tərbiyə örnəklərində yer alan bu mənzumədəki valideyn nəsihəti digər xalqların (ərəb, fars) da pedaqoji fikir tarixində yer almaqla ümumbəşəri dəyər səviyyəsinə yüksəlmişdir. On beş misradan ibarət olan şeirdə ananın övladına verdiyi nəsihətdə deyilir: Dedi: “Oğlum, nə sərd imiş qanın Ki, buna razı oldu vicdanın? Tifli-məsum ikən günah etdin, Kəndi vicdanını təbah etdin. Niyə verdin fənayə doğruluğu, İrtikab eylədin bu oğruluğu? Hiç zənn etməm, özgənin mali Bizi zəngin qılıb, edə ali. Yox, yox, oğlum, inan ki, xar oluruz! Ərzəli-əhli-ruzigar oluruz! Xain olsaq əgər bu dünyadə, İrzü namusumuz gedər badə; Gözümüz müntəhayi-zillətdən Baxamaz kimsəyə xəcalətdən; Gərçi pul çox fərəhfəzadır, oğul, Leyk namus pək bəhadır, oğul”! Bu bir həqiqətdir ki, uşaq poeziyasında xalq pedaqogikasından istifadənin digər bir yolu özünü poetik forma mükəmməlliyi və rəngarəngliyi axtarışlarında büruzə verir. Məhz bu konteksdə M.Ə.Sabir yeniyetmələrə belə gözəl hisslər aşılamaq üçün xalq məsəllərindən ən səciyyəvi nümunələri seçir, kiçik süjetli mənzum hekayələr yazır, uşaqlara böyük ideyalardan xəbər verirdi. Xalq deyimlərindən alınmış bu mövzular M.Ə.Sabirin qələmində öz təsir gücünü daha da artırır. Göründüyü kimi, Sabir yaradıcılığının çox zəngin, rəngarəng olmasının səbəblərindən birini onun xalq pedaqogikası ilə əlaqəsində axtarmaq lazımdır. “Qoca bağban” şeirində oxuyuruq ki, əlləri əsə-əsə meyvə ağacı əkən yaşlı qoca bağbana uşaqların tənə ilə yanaşmaları, “bu gün varsan, sabah yox” – deyə məsxərəyə qoymalarını, gülüşmələrini qoca belə cavablandırır: “…Dedi:Yer şumlayıb cəfa çəkərəm, Torpağa alma çərdəyi əkərəm”. Dedilər: “Bunda bir səlahın yox, Sən bu gün var isən, səbahın yox. İndi əkdiklərin nə vəqt çıxar? Bu çıxınca səni zəmanə yıxar… Rahət ol, çəkmə boş yerə zəhmət, Olamaz meyvəsi sənə qismət!” Dedi: “Əkmişlər, almışız, yemişiz, Xeyirlə yad edib dua demişiz; Əkiriz biz daha yeyənlər üçün, Əhli-xeyrə dua deyənlər üçün”. Mirzə Ələkbər Sabirin xalq pedaqogikasından yararlandığı deyimləri və du-yumları uşaqlara məxsus şeirlər sazlamaqla ibrətamiz səciyyə yaratmışdır. Atalar sözü olan “Yalançının evi yandı heç kəs inanmadı” deyimini “Yalançı çoban” mənzum hekayəsi üstündə sazlayan bu cəhətdən səciyyəvidir: çoban iki dəfə “Sürüyə canavar düşüb!” – deyə əylənərək eli köməyə çağırır. Üçüncü dəfə həqiqətən canavar sürüyə hücum çəkib qoyunu-quzunu qırır, camaat çobanın harayını yenə onlarla əylənmək bilib köməyə gəlmir. …Doğrudan bir zaman bəəzmi-şikar Qoyuna gəldi bir neçə canavar. Hərçi dad eylədi çoban, yahu! Eşidənlər dedi: yalandır bu! Bu səbəbdən hərayə getmədilər, Ona heç etina da etmədilər. Canavar yedi bütün qoyunu, İştə, oğlum, yalançılıq oyunu! Bax, yalançı tanındı çünki çoban, Doğru derkən sözü göründü yalan. Hərgiz, oğlum, yalan demə ki, xuda Dust tutmaz yalançını əbəda! Həm də xəlq içrə hörmətin olmaz, İzzətin, qədrü qiymətin olmaz. “Evi yandı yalançının, – derlər, – Ona bir kimsə etmədi bavər”. Mirzə Ələkbər Sabir uşaqlar üçün sadə yığcam əsərlər yazmaqla şeirinin finalında ibrətamiz nəticə çıxarır, onların tərbiyəsinə kömək etməyə çalışır. “Qarınca” şeirində oxuyuruq: …Kişilər himməti dağı qoparır, Kişi ol, dağ qopar həmiyyət ilə! …Vətən uğrunda, millət eşqində Bəzli-can et xülusi-niyyət ilə! İş apar, baş gedərsə qoy getsin… Ad qalır, bəs deyilmi, millət ilə?! Bu yolla yaranan əsərlərin bir qismində ayrı-ayrı xalq pedaqogikası nümunələrindən uşaq əsərlərinin tərkib hissəsi kimi istifadə olunmuşdur. Uşaqlar üçün yazılmış əsərlərdə Sabirin atalar sözlərindən istifadə edərkən estetik fikrin daha qabarıq, daha aydın ümumiləşdirici mahiyyətinə və bədii ifadəsinə görə fərqlənir. Göründüyü kimi, M.Ə.Sabirin yaradıcılıq dühası nağılları xatırlatdığı kimi, hər misrası da xalq pedaqogikası və ya bir el ədəbiyyatı nümunəsilə səsləşir. Ona görə də pedaqoji dəyəri yüksək olur. M.Ə.Sabirin əsərlərində ən çox təəssüf hisslərinə rast gəlirik ki, bu da övladlarının tərbiyəsi ilə az maraqlanan, onların tərbiyəsi və təlimi ilə məşğul olmayan və ümumiyyətlə, tərbiyə üçün məsuliyyət hiss etməyən ata-analardır. Övlad tərbiyəsinə məsuliyyətcəsinə münasibət bəsləməyin bir forması uşaqları ərköyün böyütməkdir. Bu eybəcər tərbiyənin əsas səbəbi ata-ananın öz uşağına hər hansı bir həddi aşan sevgisidir. Uşağı sevmək yaxşı şeydir və bu uşağın inkişafı üçün də vacibdir. Lakin sevgi həddi aşanda əks nəticə verir və uşağın tərbiyəsini pozur. A.S.Makarenkonun sözləri ilə desək, uşağa olan sevgi dərman kimi müəyyən norma tələb edir, nə az, nə də çox olmalıdır. Qızdırmanı kəsmək üçün dərmanı yarım qram əvəzinə on qram qəbul edəndə insanı zəhərlər. Eləcə də uşağı həddən artıq əzizləyib onun hər istəyini yerinə yetirdikdə belə sevgi onu korlayır. M.Ə.Sabir valideynlərdən öz uşaqlarına qarşı son dərəcə diqqətli olmağı, uşağı nəzarətsiz buraxmamağı, ədəbsizlik etməyə qoymamağı, qeyd edildiyi kimi ərköyünlüyə öyrətməməyi zəruri sayırdı. Sabir valideynlərin özlərinin tərbiyəyə zəruri ehtiyacı oduğunu qeyd edir. Dahi şair qeyd edir ki, uşaqların tərbiyəsi işində qüsura yol verən, pedaqoji biliyə ciddi ehtiyac hiss edən ailələr az deyildir. Belə ki, bir çox ailələrdə vahidlik prinsipi gözlənilmir. Təbii ki, bu tələblərdə vahidlik gözlənilmirsə, uşağı düzgün tərbiyə etmək olmaz. Budur, ata oğlunu biədəb söyüşlərinə görə tənbeh edəndə, ana uşağı müdafiəyə qalxaraq deyir: Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım! Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri, – Oğlu söydükcə fərəhdən açılır balü pəri; Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! Kişi, az söylə mənə bir dəxi məktəb sözünü! Yəni məktəblə uşaq kamil edərmiş özünü? Bir söyüşdən yana az danla bu tiflin üzünü! Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım! Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! Göründüyü kimi, ana deyir ki, qonşuluqda yaşayan “Ağcanın ərini” oğlu söydükcə atanın fərəhdən qəlbi böyüyür, sən isə oğlunun bir söyüşü ilə ona acıqlanırsan. M.Ə.Sabir qeyd edir ki, valideyn, ilk növbədə, tərbiyənin məqsədini aydın təsəvvür etməlidir. O, göstərirdi ki, bir çox ailələr bu məsələyə tam etinasızlıqla yanaşırlar: valideynlər və uşaqlar sadəcə bir yerdə yaşadıqlarından valideynlər ümid edirlər ki, hər şey öz-özünə qaydaya düşəcəkdir. Belə valideynlərin nə aydın məqsədi, nə də müəyyən proqramı olur. Görkəmli pedaqoqun fikrincə, hər bir ata və ana öz uşaqlarında nə kimi sifətlər tərbiyə etmək istədiyini yaxşı bilməlidir. Valideyn öz arzularının nədən ibarət olduğunu aydın təsəvvür etməlidir. Bildiyimiz kimi, fanat mollalar, axundlar, zahidlər yeni üsullu məktəbləri şeytan ocağı adlandırır və orada dünyəvi elmləri öyrənənləri kafir adlandırırdılar. Bu da, təbii, valideynlərə təsir edir, uşaqların təhsil almaqdansa “qoçu”, “qaçaq-quldur” olmağı üstün tuturdular. Budur, ata oğlunun küçədə göstərdiyi “şücaəti” arvadı Xansənəmə danışır. Oğlu Feyzinin piyan halda “qoca sailə” necə qan qusdurduğundan fərəhlə danışır və deyir ki, hələ yaşı on beşə çatanda, cürəti daha da artacaq, bax onda Rüstəmi-Zal kimi aləmə səs salacaq. Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş! Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! Sən öləsən, qoy hələ olsun əməlli cəvan, On beşə çatsın yaşı, cürətin etsin əyan, Bir qoçu olsun bu kim, aləmə salsın fəğan, Hər kəs ona söyləsin: Rüstəmi-dastan imiş! Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! Yaxşı olub mən bunun bəxtini çöndərmədim, Bir para pis işlərə fikrini döndərmədim – Qonşumuzun oğlu tək məktəbə göndərmədim, Doğrusu, məktəb demək guşeyi-zindan imiş! Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! Bu kimi valideyn-övlad münasibəti ruhunda yazılmış satirik şeirlərə M.Ə.Sabir çox yer vermişdir. “Olmur-olmasın” şeirində atanın dilindən oxuyuruq: Küçədə tullan, ey oğul, sənətin olmur, olmasın! Sənətə, dərsə, məktəbə rəğbətin olmur, olmasın! Axşam olanda çıx çölə, gəlmə səbahə tək hələ, Neyləsən eylə, bir belə ismətin olmur, olmasın! İffətin olmur, olmasın! Tezdən ayılma bir səhər, dərsinə qılma bir nəzər, Elm oxumaqda, müxtəsər, niyyətin olmur, olmasın! Himmətin olmur, olmasın! Mirzə Ələkbər Sabirin pedaqoji fikir və ideyalarında ailə tərbiyəsi məsələləri mühüm yer tutmuşdur. O, ailə və məktəbin birgə işini, bunlar arasında vahid tələblərin gözlənilməsini, valideynin nümunəsini uşağın tərbiyəsində mühüm şərt saymışdır. Mirzə Ələkbər Sabir böyüyən nəslin tərbiyəsinin məzmunu, məqsədi, həyata keçirilmə imkanları ilə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Böyük ustad əmək tərbiyəsini əxlaq tərbiyəsi ilə əlaqədə götürmüş, əməyin tərbiyəedici xüsusiyyətini önə çəkmiş, böyüyən nəsildə əməyə və əməkçi insanlara məhəbbət tərbiyə etməyi, sənət öyrətməyi vacib bilmişdirr. Yekun olaraq qeyd edək ki, xalqımız, tariximiz var olduqca Mirzə Ələkbər Sabirin irsi də yaşayacaqdır. Necə ki, Mövlana Cəlaləddin Rumi deyir: Ölümümüzdən sonra məzarımızı yerdə arama. Ariflərin könüllərindədir məzarımız bizim. KAMAL CAMALOV Naxçıvan Müəllimlər İnstitutu Pedaqogika elmləri doktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Azərbaycan Yazıçılar Birliyinin üzvü Geri dön |