Ana Sayfa > Seçki 2024 > YAP Qazax rayon təşkilatı tərəfindən “Müsəlman aləmində ilk Demokratik Respublika” mövzusunda videokonfrans keçirilib

YAP Qazax rayon təşkilatı tərəfindən “Müsəlman aləmində ilk Demokratik Respublika” mövzusunda videokonfrans keçirilib


27-05-2021, 13:40. Yazar: sevinc1
YAP Qazax rayon təşkilatı tərəfindən “Müsəlman aləmində ilk Demokratik Respublika” mövzusunda videokonfrans keçirilib

YAP Qazax rayon təşkilatı tərəfindən 27 may 2021-ci il tarixdə 28 May Respublika Günü münasibətilə “Müsəlman aləmində ilk Demokratik Respublika” mövzusunda videokonfrans keçirilib.

Videokonfransı YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açaraq qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər.

Müsəlman Şərqində ilk parlament respublikası–Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması,Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.

1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyəti tariximizin şanlı səhifəsidir. Müstəqillik elan edən babalarımız bütün güclərini Azərbaycanın möhkəmlənməsi, ərazi bütövlüyünün təmin edilməsi yolunda sərf edərək, böyük uğurlar əldə ediblər. Xalq Cumhuriyyəti dövlət quruculuğu yolunda böyük uğurlar əldə edib. Vətəndaşlara seçki hüququ verilib, ordunun inkişafı üçün addımlar atılıb, demokrativ dəyişiklik üçün böyük işlər görülüb. Amma təəssüf ki, sonrakı proseslər Azərbaycanın xeyrinə işləməyib.

SSRİ-nin süqutundan sonra yenidən müstəqilliyinə qovuşan ölkəmiz bu gün özünün tərəqqi dövrünü yaşayır. H.Əliyev strageyasının möhtərəm Prezidentimiz İ.Əliyev tərəfindən uğurla həyata keçirməsi sayəsində 30 illik işğaldan sonra ölkəmizin ərazi bütövlüyü təmin olunub, iqtisadiyyatımız ən məsuldar inkişaf dövrünü yaşayır.

Videokonfransda YAP Qazax rayon təşkilatı İdarə Heyətinin üzvü Anar Nəbiyev, partiya fəallarından Bakı Dövlət Universiteti Qazax filialının müəllimi Mübariz Süleymanov, Qazax rayon Gənclər və İdman İdarəsinin müdiri Vüqar Nəbiyev, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli çıxış etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi hadisə olduğunu, məhz Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikasının müəllifi olduqlarını söylədilər.

aia.az



Geri dön